2021-ci ilin yanvar-mart aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 4 milyard 252 milyon 172,902 min manat təşkil edib ki, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
3 milyard 64 milyon 7,143 min manat (artım 3,5 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 696 milyon 71,25 min manat (artım 76,5%) olub. İlkin bazarda 457 milyon 96,691 min manatlıq, təkrar bazarda 238 milyon 974,559 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 2 milyard 367 milyon 935,892 min manat (artım 4,8 dəfə) təşkil edib. İlkin bazarda 2 milyard 252 milyon 298,233 min manatlıq, təkrar bazarda 115 milyon 637,659 min manatlıq not yerləşdirilib.
Yanvar-mart aylarında BFB-nin ümumi dövriyyəsində 134 milyon 352,985 min manat (azalma 82,5%) korporativ bazarın payına düşüb. 60,5 milyon manat (artım 2,8 dəfə) ilkin bazarın, 73 milyon 852,985 min manat (azalma 90,1%) təkrar bazarın payına düşüb. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 55 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib. 10 milyon 117,098 min manat məbləğində digər korporativ istiqrazlar təkrar bazarda yerləşdirilib.
I rübdə BFB-nin ümumi dövriyyəsində 1 milyard 53 milyon 812,774 min manat (artım 2,5 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, martın sonuna birjanın kapitallaşması 4 milyard 162 milyon 654,392 min manat təşkil edib ki, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 7% çoxdur.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət