2020-ci ilin yekunları üzrə “Atəşgah” sığorta şirkətinin xalis mənfəəti 3 milyon 349 min 136,14 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2019-cu ilin yekunları üzrə şirkətin xalis mənfəəti 1 milyon 177 min 685,7 manat təşkil edib. Beləliklə, 2020-ci ildə şirkətin mənfəəti 2,8 dəfə artıb.
“Atəşgah” sığorta şirkətinin maliyyə hesabatına əsasən, 2020-ci ildə onun gəlirləri 32 milyon 660 min 876,18 manat, o cümlədən sığorta haqları 25 milyon 308,656 min manat (azalma 31,4%), investisiya gəlirləri 723,749 min manat təşkil edib. Qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2020-ci ildə şirkətin xərcləri 28 milyon 696 min 119,06 manat, sığorta ödənişlərinin həcmi 14 milyon 323,302 min manat (azalma 25,3%), sığorta haqları üzrə qaytarılan vəsaitlər 780,814 min manat, sığorta işinin aparılması xərcləri 10 milyon 141,828 min manat, təkrar sığortaya verilən risklər 2 milyon 701,041 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat ilində “Atəşgah” sığorta şirkətinin vergi ödənilənədək mənfəəti 3 milyon 964 min 757,12 manat, mənfəət vergisi üzrə ödənişləri 615 min 620,98 manat təşkil edib.
Ötən il şirkətin aktivləri 9,7% - 36 milyon 814 min 938,04 manatadək, öhdəlikləri 25,1% - 20 milyon 871 min 903,44 manatadək azalıb, kapitalı 23,5% - 15 milyon 943 min 34,6 manatadək artıb.
2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 17,9% - 10,78 milyon manata qədər azalıb.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb və sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 milyon 8,5 min manata bərabərdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət