2020-ci ilin yekunları üzrə “Atəşgah Həyat” sığorta şirkətinin xalis mənfəəti 4 milyon 985 min 725,67 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
“Atəşgah Həyat” 2019-cu ili 6 milyon 961 min 433,17 manat məbləğində xalis mənfəətlə başa vurub. Beləliklə, 2020-ci ildə şirkətin xalis mənfəəti 24,5% azalıb.
“Atəşgah Həyat” sığorta şirkətinin maliyyə hesabatına əsasən, 2020-ci ildə onun gəlirləri 73 milyon 878 min 415,64 manat, o cümlədən sığorta haqları 41 milyon 839,644 min manat (artım 6,7%), investisiya gəlirləri 4 milyon 80,28 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 67 milyon 646 min 258,55 manat, sığorta ödənişlərinin həcmi 60 milyon 148,837 min manat (artım 3,1 dəfə), sığorta haqları üzrə qaytarılan vəsaitlər 1 milyon 457,682 min manat, sığorta işinin aparılması xərcləri 4 milyon 928,988 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat ilində “Atəşgah Həyat” sığorta şirkətinin vergi ödənilənədək mənfəəti 6 milyon 232 min 157,09 manat, mənfəət vergisi üzrə ödənişləri 1 milyon 246 min 431,42 manat təşkil edib.
2020-ci ildə şirkətin aktivləri 28,5% - 69 milyon 703,274 min manatadək, kapitalı 6,7% - 19 milyon 463,274 min manatadək, öhdəlikləri 34,4% - 50 milyon 234 min manatadək azalıb.
2020-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 30,8% - 30 milyon 909,237 min manata qədər azalıb.
“Atəşgah Həyat” Azərbaycanda sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Şirkətin nizamnamə kapitalı 6,5 milyon manata bərabərdir.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət