OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatı üzrə proqnozu 760 min barelə qədər artırıb. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu barədə kartelin aylıq hesabatında deyilir.
“Proqnoza görə, 2021-ci ildə Azərbaycanda maye karbohidrogen istehsalı gündəlik 0,76 milyon barel təşkil edəcək”, - deyə hesabatda qeyd edilir.
Mart ayında OPEC 2021-ci ildə Azərbaycanda kondensatla birlikdə gündəlik neft hasilatını 0,73 milyon barel səviyyəsində proqnozlaşdırmışdı.
“Fevral ayında Azərbaycanda maye karbohidrogen tədarükü cüzi – gündəlik 0,74 milyon barelə qədər azalıb və mart ayında eyni səviyyədə qalacağı gözlənilir”, - deyə hesabatda qeyd olunur.
OPEC-in məlumatına görə, OPEC+ razılaşmasında nəzərə alınmayan kondensat hasilatı (əsasən “Şahdəniz” yatağından) yanvar ayında Azərbaycanda rekord səviyyəyə - 193 min barelə çatıb. Lakin fevral və mart ayları ərzində orta gündəlik hasilat üzrə ilkin göstəricilər kondensat hasilatının 45 min barel - 148 min barelə qədər azaldığını göstərir.
OPEC və qeyri-OPEC ölkələri 12 aprel 2020-ci il tarixində keçirilmiş videokonfransda gündəlik neft hasilatının 2020-ci il mayın 1-dən 2022-ci ilin aprel ayınadək üç mərhələdə kollektiv surətdə azaldılması üzrə razılaşmanı təsdiqləyib. Razılaşma çərçivəsində Azərbaycan kondensat nəzərə alınmadan neft hasilatını 2018-ci ilin oktyabr ayı üzrə göstəricidən (718 min barel) azaltmağı öhdəsinə götürüb.
5 yanvar 2021-ci il və 4 mart 2021-ci il tarixli razılaşmalara əsasən, Azərbaycanda neft hasilatı 2021-ci ilin aprel ayına qədər 595 min barel səviyyəsində saxlanılmalıdır.
“OPEC+” ölkələri nazirlərinin aprelin 1-də keçirilmiş iclasının yekunları üzrə “OPEC+” ölkələri üzrə hasilat öhdəlikləri mayda 6,5 milyon barel, iyunda 6,2 milyon barel, iyulda isə 5,76 milyon barel müəyyənləşdirilib. Yeni “Əməkdaşlıq Bəyannaməsi”nə əsasən, Azərbaycan gündəlik xam neft istehsalını mayda 8 min barel, iyunda 7 min barel, iyulda isə 10 min barel artıracaq. Beləliklə, ölkədə gündəlik xam neft istehsalı müvafiq olaraq mayda 603 min barel, iyunda 610 min barel və iyulda 620 min barel həcmində saxlanılacaq.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo kart sahibləri pulsuz köçürmələrin rahatlığını yaşayır
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət