31 mart 2021-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 32 milyard 521,4 milyon manat təşkil edir. “İnterfaks-Azərbaycan” agentliyinin verdiyi xəbərə görə, bu barədə Mərkəzi Bankın məlumatında deyilir.
Xəbər verildiyi kimi, 1 yanvar 2021-ci il tarixinə bankların aktivləri 32 milyard 55,3 milyon manat məbləğində olub. Beləliklə, yanvar-mart aylarında bankların aktivləri 1,5% azalıb.
Martın sonuna bankların kredit portfeli 14 milyard 352,4 milyon manat (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 1,4% - İF) təşkil edir.
2021-ci il martın 31-nə bankların ümumi kapitallaşması 4 milyard 849,4 milyon manat (artım 4,2% - İF) təşkil edir.
Hesabat dövrünün sonuna bankların öhdəlikləri 27 milyard 672 milyon manata (artım 1,2%) bərabərdir. Eyni zamanda, bankların Mərkəzi Bank qarşısında öhdəlikləri 371,4 milyon manat məbləğində (azalma 0,8%) qiymətləndirilir. Aprelin əvvəlinə banklarda depozit portfeli 21 milyard 50,5 milyon manat (artım 1,6%), o cümlədən əhalinin əmanətləri 8 milyard 12,8 milyon manat (azalma 0,4%) təşkil edir.
Tənzimləyicinin məlumatına görə, 2021-ci ilin yanvar-mart aylarında bankların ümumi xalis mənfəəti 148,8 milyon manat təşkil edib (2020-ci ilin yanvar-mart ayları ilə müqayisədə azalma 8,7%).
Hesabat dövründə bankların faiz gəlirləri 495,3 milyon manat (azalma 1,3%), o cümlədən verilmiş kreditlər üzrə 394,2 milyon manat təşkil edib.
Hesabat dövründə bankların qeyri-faiz gəlirləri 170,8 milyon manat məbləğində (azalma 1,8%) olub.
Bu dövrdə bankların faiz xərcləri 129 milyon manat (azalma 4,4%), o cümlədən depozitlər üzrə 82,6 milyon manat, qeyri-faiz xərcləri 301,7 milyon manat (azalma 1%) təşkil edib.
Yanvar-mart aylarının yekunları üzrə bank sektorunun əməliyyat mənfəəti 220,8 milyon manat (artım 1,4%) təşkil edib.
Hesabat dövründə bankların vergi ödənilənədək ümumi mənfəəti 180,9 milyon manat məbləğində (azalma 3,7%) qiymətləndirilir, mənfəət vergisi üzrə ödənişlər 32,1 milyon manat (artım 28,9%) təşkil edib.
31 mart 2021-ci il tarixinə respublikada 26 bank fəaliyyət göstərir. Bu bankların 12-si xarici kapitallıdır.
Martın sonuna bankların 458 filialı (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,7%) və 105 şöbəsi (azalma 3,7%) var.
Hesabat dövrünün sonuna bank sektorunda 18,767 min nəfər (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə artım 0,3% - İF) çalışır.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət