“BP-Azerbaijan” şirkəti 2021-ci ilin I rübündə “Şahdəniz” yatağından 5,1 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 8,5% çoxdur. Bu barədə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Cari ilin yanvar-mart aylarında “Şahdəniz” yatağından təxminən 1 milyon ton kondensat (və ya 7,8 milyon barel) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisinə uyğundur.
“Hazırda yatağın hasilat gücləri gündəlik 58 milyon kubmetr və ya illik 21 milyard kubmetrdən çoxdur”, – deyə məlumatda bildirilir.
İlin birinci rübündə "Şahdəniz" konsorsiumunun yatağın işlənməsi üzrə xərcləri $869 milyon (artım 1,9 dəfə), layihə üzrə istismar xərcləri $688 milyon, əsaslı xərclər $181 milyon təşkil edib. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz-2” layihəsi üzrə işlərin payına düşüb.
Yanvar-mart aylarında Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə gündəlik 50,74 milyon kubmetr qaz (2020-ci ilin yanvar-mart aylarında 33,8 milyon kubmetr) nəql olunub. Hesabat dövründə CQBK üzrə istismar xərcləri $13 milyon, əsaslı xərclər $2 milyon təşkil edib.
Xəbər verildiyi kimi, 2020-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton kondensat (artım 2,8%) hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət