Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasında maraqlıdır. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Azərbaycan BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini yerinə yetirdiyi və öz torpaqlarını azad etdiyi, dövlət sərhədi üzərində nəzarəti geri qaytardığı üçün artıq Ermənistanla münasibətlərin normallaşması mümkünlüyündən danışmaq olar. Azərbaycan bunda maraqlıdır”, - deyə Bayramov bu gün Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşün yekunları üzrə keçirilən mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qarabağ müharibəsinin gedişində Azərbaycan Ermənistanla sərhədin 398,7 km-ni öz nəzarətinə qaytarıb.
C.Bayramov qeyd edib ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır və bu işi davam etdirməyə hazırdır.
“Biz, həmçinin Azərbaycanın erməni əhalisinin ölkənin siyasi, iqtisadi və sosial məkanına inteqrasiyasına kömək etməyə hazırıq və bunu dəfələrlə ən yüksək səviyyədə bəyan etmişik. Hələ açıq qalan bir çox məsələlər var. Ancaq biz nəticəyə (Ermənistanla münasibətlərin normallaşdırılması ilə bağlı - İF) hədəflənmişik və hesab edirik ki, bu, həm Azərbaycan xalqının, həm də erməni xalqının xeyrinədir. Bu, eləcə də bütün regionun xeyrinədir”, - deyə Bayramov əlavə edib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət