Qarabağdan məcburi köçkün düşmüş Azərbaycan əhalisinin 70%-ə qədəri azad edilmiş ərazilərə qayıdacaq. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev bildirib.
“İnsanların əksəriyyəti öz doğma torpaqlarına qayıdacaq. Düşünürəm ki, bu, 750 min məcburi köçkünün 60-70%-dən çoxunu təşkil edəcək”, - deyə Rzayev Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bütün bu müddət ərzində biz onların doğma torpaqlarına qayıtmağa can atdığını gördük.
Rzayev vurğulayıb ki, Azərbaycanın mövcud qanunvericiliyinə əsasən, dövlət məcburi köçkünlərin öz doğma yerlərinə qayıtmasına imkan yaratmalı, onlara layiqli həyat verməlidir. “Yəni burada onların özlərinin və övladlarının taleyini yenidən qura bilmələri üçün yaxşı mənzil, yaxşı işlə təminat nəzərdə tutulur”, - deyə o qeyd edib.
Dövlət Komitəsinin rəhbəri vurğulayıb ki, məcburi köçkünlərin Qarabağa qayıtması üçün azad edilmiş ərazilər minalardan təmizlənməlidir. “Ermənistanla Azərbaycan arasında müharibədən sonra bilirik ki, bütün bu ərazilər minalanıb. Minalanmış sahələr təmizlənməlidir. İkincisi, infrastruktur yenidən yaradılmalıdır, yəni rayonlara qaz, işıq, su, yollar çəkilməli, habelə müasir kənd və şəhərlər inşa edilməldir. Bununla paralel olaraq biz birbaşa köçkünlərlə işləyirik, bütün siyahılara yenidən baxılır, hansı ailənin harada və nə qədər böyüməsi, nə ilə məşğul olması, rayonlara qayıtdıqdan sonra nə ilə məşğul olmaq istəməsi, onların 30 ilə yaxın dövr ərzində məcburi köçkün statusunda hansı təhsil və bacarıqlar əldə etmələri ilə bağlı məsələlər dəqiqləşdirilir”, - deyə o qeyd edib.
Rzayev əlavə edib ki, mütəxəssislərin fikrincə, Qarabağın minalardan təmizlənməsi 5-10 illik dövrü əhatə edə bilər.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət