Türkiyə şirkətləri Azərbaycanın Qarabağ regionunda Laçın və Kəlbəcər rayonlarında külək elektrik stansiyalarının tikintisi layihələrində iştirak edə bilərlər. Bu barədə energetika naziri Pərviz Şahbazov bəyan edib.
“Artıq yaşıl enerji sahəsində böyük uğurlara imza atmağın vaxtıdır. Azad olunmuş ərazilər (Qarabağda - İF) Azərbaycan prezidenti tərəfindən “yaşıl enerji” zonası elan edilib və orada əsasən bərpa olunan enerji mənbələrindən – su, günəş və külək enerjisindən istifadə ediləcək.Türk şirkətləri də azad edilmiş ərazilərdə bərpa olunan enerji layihələrində iştirakda maraqlıdırlar. Xüsusilə Laçın və Kəlbəcərdə külək elektrik stansiyalarının tikintisi layihələri üzrə əməkdaşlıq imkanları var”, - nazir “Türkiyənin enerjisi - Pandemiyadan sonra enerji sənayesini yenidən düşünmək”devizi altında təşkil olunan tədbirdə çıxışı zamanı deyib.
Həmçinin, nazir bildirib ki, Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi prosesində türk şirkətləri ilə əməkdaşlığımız cəlbedici olmaqla bərabər, həm də “həmrəyliyimizin rəmzi ola bilər”.
O cümlədən, Şahbazov qeyd edib ki, Azərbaycanın Türkiyədəki sərmayəsi 18,3 milyard dollara, Türkiyənin isə Azərbaycana yatırdığı investisiyanın həcmi 13 milyard dollara qədər artıb.
O əlavə edib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasının yaratdığı imkanlar iki ölkə arasında münasibətlərin yüksələn xətt üzrə inkişafını təmin edəcək.
“Yeni reallıqların yaranması, Türkiyə-Azərbaycan birliyinin regionda həlledici amilə çevrilməsi isə məhz iki ölkənin liderlərinin - İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın bir-birinə güvəninin, qardaşlığının, gələcəyə aydın baxışlarının zəfəridir”, - Şahbazov vurğulayıb.
3 may 2021-ci il yarixində prezident İlham Əliyev Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Energetika Nazirliyinin ilkin qiymətləndirmələrinə əsasən, bu ərazilərin günəş enerjisi üzrə potensialı 4 min MVt-dan çox, külən enerjisi üzrə potensialı – 500 MVt təşkil edir. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Azər Türk Bankda sərfəli kredit kampaniyası davam edir
TuranBank Habib American Bank-da ABŞ dollarında müxbir hesab açıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət