2021-ci ilin yanvar-may aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 6 milyard 871 milyon 122,75 min manat təşkil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 78,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
4 milyard 450 milyon 731,31 min manat (artım 2 dəfə) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 1 milyard 314 milyon 679,475 min manat (artım 2,2 dəfə) olub. İlkin bazarda 845 milyon 152,957 min manatlıq, təkrar bazarda 469 milyon 526,518 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 3 milyard 136 milyon 51,834 min manat (artım 93,1%) təşkil edib. İlkin bazarda 2 milyard 998 milyon 955,482 min manatlıq, təkrar bazarda 137 milyon 96,352 min manatlıq not yerləşdirilib.
Yanvar-may aylarında BFB-nin ümumi dövriyyəsində 144 milyon 647,696 min manat (azalma 84,9%) korporativ bazarın payına düşüb. 61 milyon manat (azalma 21%) ilkin bazarın, 83 milyon 647,696 min manat (azalma 90,5%) təkrar bazarın payına düşüb. İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının ilkin bazarda yerləşdirilmə həcmi 55 milyon manat, təkrar bazarda yerləşdirilmə həcmi 62 milyon 909,939 min manat təşkil edib. Digər korporativ istiqrazların yerləşdirilmə həcmi 18 milyon 136,47 min manat məbləğində olub ki, bunun da cəmi 500 manatı təkrar bazarda yerləşdirilib.
Yanvar-may aylarında BFB-nin ümumi dövriyyəsində 2 milyard 275 milyon 743,744 min manat (artım 3,4 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, aprelin sonuna birjanın kapitallaşması 4 milyard 225 milyon 441,865 min manat təşkil edib ki, bu da 2021-ci ilin əvvəlinə olan göstəricidən 9% çoxdur.**
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət