2021-ci ilin yanvar-may aylarında Azərbaycandan gömrükdə bəyan edilmiş qazın ixrac həcmi 9 milyard 174 milyon 562,13 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 67,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Hesabat dövründə Azərbaycandan bəyan edilmiş qazın ixrac dəyəri $1 milyard 335 milyon 749,12 min (artım 28,6%) təşkil edib. Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 17,98%-i qaz ixracının payına düşüb”, - deyə məlumatda bildirilir.
2021-ci ilin yanvar-may aylarında Türkiyəyə $804 milyon 672,43 min dəyərində 5 milyard 884 milyon 376,69 min kubmetr, Gürcüstana $239 milyon 294,72 min dəyərində 1 milyard 883 milyon 652,41 min kubmetr qaz ixrac edilib.
Qeyd olunan dövrdə İtaliyaya $243 milyon 642,95 min dəyərində 1 milyard 152 milyon 662,92 min kubmetr, Yunanıstana $32 milyon 774,78 min dəyərində 127 milyon 818,77 min kubmetr, Bolqarıstana $12 milyon 173,95 min dəyərində 91 milyon 998,86 min kubmetr qaz ixrac edilib. Beləliklə, 5 ay ərzində Avropaya $288 milyon 591,68 min dəyərində 1 milyard 372 milyon 480,55 min kubmetr həcmində qaz ixrac edilib.
Bundan əlavə, cari ilin may ayında Azərbaycan İrana $3 milyon 190,31 min dəyərində 84 milyon 52,48 min kubmetr qaz ixrac edib.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəqlinə başlayıb.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət