2021-ci ilin yanvar-may aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 3% - 1 milyard 603,6 milyon manata qədər ($943,3 milyon) artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin (nafta) istehsalında 34,3% - 176,7 min tona qədər, dizel yanacağı istehsalında 9,2% - 1 milyon 16,6 min tona qədər, sürtkü yağı istehsalında 1,8 dəfə – 20,5 min tona qədər, neft koksu istehsalında 10,5% - 116,1 min tona qədər artım qeydə alınıb.
Yanvar-may aylarında 478,7 min ton (azalma 5,4%) avtomobil benzini, 189,5 min ton (azalma 13,8%) təyyarə yanacağı, 24,4 min ton (azalma 36,6%) soba mazutu, 92,2 min ton (azalma 7,7%) neft bitumu istehsal edilib.
2021-ci il iyunun 1-nə Bakı Neft Emalı Zavodunun anbarlarında 76,6 min ton avtomobil benzini, 1,4 min ton nafta, 37,1 min ton təyyarə yanacağı, 93,7 min ton dizel yanacağı, 12,6 min ton soba mazutu, 5 min ton sürtkü yağı, 4,9 min ton neft bitumu, 14,98 min ton neft koksu var.
Hazırda Azərbaycanda yalnız bir neft emalı zavodu - Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu fəaliyyət göstərir.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət