Xarici işlər naziri Ceyhun Bayramov bəyan edib ki, Azərbaycan torpaqlarının erməni işğalından azad edilməsi regionda sülh və əməkdaşlığın təşviqi üçün yeni imkanlar yaradıb.
Nazir xatırladıb ki, 10 noyabrda üçtərəfli bəyanatın imzalanmasından sonra Azərbaycan sülh və əməkdaşlığın təşviqi istiqamətində bir sıra praqmatik addımlar atıb.
“Noyabr bəyanatı imzalandıqdan sonra bir həftə ərzində Bakı Qarabağ bölgəsinin erməni əhalisinə humanitar yardımın çatdırılması üçün şərait yaradıb. Eyni zamanda, Azərbaycan Ermənistana yanacağın tranziti üçün qaz nəqliyyat infrastrukturunu açıb”, - deyə Bayramov Antalya Diplomatiya Forumunun sessiyalarından birində çıxışı zamanı bildirib.
Nazir qeyd edib ki, Azərbaycan və Ermənistan arasında nəqliyyat yollarının bərpası bütün regionun maraqlarına cavab verir və bu istiqamətdə RF-nin iştirakı ilə üçtərəfli komissiya çərçivəsində işlər davam etdirilir.
“Müəyyən dairələr bu gün Qarabağ mövzusu ilə bağlı “münaqişə” terminindən istifadə etməyə davam edirlər. Lakin fakt bundan ibarətdir ki, Ermənistan-Azərbaycan problemi nizamlanıb. Əlbəttə, bütün məsələlər həll olunmayıb, ancaq Azərbaycan İrəvanı dəfələrlə sülhə çağırıb. Bu təklif qüvvədə qalır”, - deyə Bayramov bildirib.
XİN başçısı vurğulayıb ki, dialoqun təşviqi üçün bütün tərəflər siyasi iradəyə malik olmalıdır.
“Ermənistan hakimiyyəti dərk etməlidir ki, mehriban qonşuluq münasibətlərinin alternativi yoxdur. Bu, bu gün üçün yeganə düzgün yoldur”, - deyə nazir bildirib.*
Ə.Məmmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət