Azərbaycan ümid edir ki, Ermənistanın yeni hökuməti ölkədə daxili siyasi böhranın səbəblərini təhlil edərək düzgün nəticələr çıxaracaq. Bu barədə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bəyan edib.
“Dünən Ermənistanda növbədənkənar parılament seçkiləri baş tutub, yeni hökumətin formalaşması gözlənilir. İnanırıq ki, Ermənistanın siyasi rəhbərliyi daxili siyasi böhranın səbəblərini anlayacaq və təhlil edərək düzgün nəticələr çıxaracaq”, - Bayramov bazar ertəsi Qazaxıstan XİN başçısı ilə görüşdən sonra keçirilən brifinqdə bildirib.
Onun sözlərinə görə, bir çoxları qeyd edir ki, Ermənistanda böhrana İkinci Qarabaq müharibəsində məğlubiyyət səbəb oldu.
“Lakin bu son nəticədir, onun kökləri isə daha uzaq keçmişdədir. Ermənistanda böhrana səbəb onilliklər ərzində sərhədlərin zor gücünə dəyişdirilməsi, qonşu ölkəyə qarşı təcavüzkar siyasətin yürüdülməsidir. Hesab edirik ki, Ermənistan rəhbərliyi beynəlxalq hüquq və prinsiplər əsasında regionun ölkələri arasında münasibətlərin normallaşmasının alternativi olmadığını nə qədər tez anlasalar, bu nəinki Azərbaycan və Ermənistanın, həm də bu regionun bütün ölklələrinin xeyrinə olacaq”, - nazir bildirib.
Bayramov qeyd edib ki, Azərbaycan beynəlxalq hüququn norma və prinsiplərinə əsalanaraq, sərhədlərin toxunulmazlığı və ərazi bütövlüyü əsasında bərpasının tərəfdarıdır.
“Bu məsələ ilə əlaqədar Ermənistanın qəbul edəcəyi qərar, onun seçimidir”, - Bayramov vurğulayıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət