Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi (“Rosaviasiya”) “S7 Airlines” aviaşirkətinin RF-nin 37 şəhərindən Bakı və Gəncəyə uçuşlar həyata keçirməsinə icazə verib.
“Qurumun iyulun 5-də keçirilmiş iclasının yekunları üzrə “S7 Airlines” aviaşirkətinin Azərbaycana reyslər yerinə yetirməsinə icazə verilməsi ilə bağlı qərar qəbul edilib”, - deyə “İnterfaks-Azərbaycan” agentliyinin malik olduğu sənəddə bildirilir.
Aviaşirkətə RF-nin 14 şəhərindən (Orenburq, Vladiqafqaz, Nalçik, Rostov-Don, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala, Jukovski aeroportu (Moskva ətrafı)) Bakıya reyslər həyata keçirməyə icazə verilib. Aviaşirkət bu şəhərlərdən Bakıya həftədə üç dəfə uçuşlar həyata keçirməyi planlaşdırır.
Bundan başqa, “S7 Airlines”in RF-nin 23 şəhərindən (Novosibirsk, Samara, Ufa, Kazan, Kemerovo, Krasnoyarsk, Krasnodar, Minvodı, Volqoqrad, Həştərxan, Vladiqafqaz, Nalçik, Rostov-Don, Saratov, Voronej, Nijni Novqorod, Omsk, Çelyabinsk, Perm, Yekaterinburq, Soçi, Mahaçqala, Jukovski aeroportu) Gəncəyə həftədə 3 dəfə reys yerinə yetirməsinə icazə verilib.
“Royal Flight” aviaşirkətinə isə üç şəhərdən (Rostov-Don, Krasnodar və Soçi) Bakıya həftədə 2 dəfə reyslər yerinə yetirməyə icazə verilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət