Vaşinqton iyulun 3-də Azərbaycan tərəfindən saxlanılan 15 erməninin sərbəst buraxılmasını, onların Ermənistana qayıtmasını, həmçinin Ermənistanın minalardan təmizlənməni asanlaşdıracaq məlumatları Azərbaycanla bölüşmək qərarını alqışlayır. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda qeyd olunub.
"Bu, iyunun 12-də Azərbaycan və Ermənistan arasında saxlanılanların və mina xəritələrinin mübadiləsinin davamıdır. ABŞ tərəfindən dəstəklənən və Gürcüstanın vasitəçiliyi ilə reallaşdırılan bu səy Ermənistan və Azərbaycan arasında gələcək əməkdaşlıq üçün zəmin yaratdı. ABŞ Rusiyanın regional sabitliyi dəstəkləmək səylərini də qiymətləndirir”, - deyə bəyanatda bildirilib.
Səfirlik qeyd edir ki, ABŞ saxlanılanların hamısının geri qaytarılması və münaqişə bölgələrinin minalardan effektiv şəkildə təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi ilə bağlı çağırışlarını davam etdirir.
“Biz regionda əməkdaşlığı və həll edilməmiş məsələlərin həllini dəstəkləməyə hazırıq. Ermənistanı və Azərbaycanı ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında, münaqişənin hərtərəfli və dayanıqlı siyasi həlli üçün substantiv danışıqlarda iştirak etməyə çağırırıq”, - deyə bəyanatda qeyd olunub.*
E.Şəfiyev
AccessBank Əmlakın qiymətləndirməsi üzrə tender elan edir
Azpetrol şirkəti Laçın rayonunda Modul tipli YDM istifadəyə verdi
AccessBank QSC PAM (privileged account monitoring tool) alışı üzrə tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət