2021-ci ilin yanvar-iyun aylarında Azərbaycanın dövlət büdcəsinin profisiti 164,5 milyon manat və ya ÜDM-nin 0,4%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında deyilir.
Operativ məlumata əsasən, hesabat dövründə dövlət büdcəsinin gəlirləri 11 milyard 755 milyon manat təşkil edib. Proqnoz 96,5% icra olunub.
Cari ilin birinci yarısında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 4 milyard 342 milyon manat vəsait daxil olub ki, bu da proqnoza nisbətən 851,6 milyon manat və ya 24,4%, 2020-ci ilin eyni dövrü ilə müqayisədə isə 336,7 milyon manat və ya 8,4% çoxdur. Həmin vəsaitin 73,1%-i və yaxud 3 milyard 175,3 milyon manatı qeyri-neft sektorundan daxilolmaların payına düşüb.
Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 38,2 milyon manat vəsait (proqnozun 114,6%-i) təmin edilib.
Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 4 milyard 696,7 milyon manat (proqnoz 77% icra olunub), sair daxilolmalar üzrə 154,4 milyon manat vəsait daxil olub.
Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan dövlət büdcəsinə 240 milyon manat vəsait transfert olunub, dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində dövlət büdcəsinə 7,3 milyon manat vəsait daxil olub.
2021-ci ilin ilk altı ayı ərzində dövlət büdcəsinin xərcləri 11 milyard 590,5 milyon manat və ya proqnozun 96%-ni təşkil edib.
Sosialyönümlü xərclər 5 milyard 111,7 milyon manat (bütün xərclərin 44,1%-i) təşkil edib, ötən ilin eyni dövrü üzrə həmin xərc əmaliyyatlarını 2,6% üstələyib.
Dövlət büdcəsi xərclərinin 7 milyard 654,9 milyon manatı və ya 66%-i cari xərclərə, 3 milyard 52,1 milyon manatı və ya 26,4%-i əsaslı xərclərə, 883,5 milyon manatı və ya 7,6%-i dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönəldilib.
2021-ci ilin ilk altı ayında xarici kredit təşkilatları ilə imzalanmış kredit sazişləri üzrə 107,2 milyon manat vəsait istifadə olunub, həmçinin dövlət istiqrazlarının investorlara satışı üzrə 774 milyon manat cəlb edilib.
I yarımillikdə icmal büdcənin gəlirləri 15 milyard 328,9 milyon manat olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23,9% çoxdur. İcmal büdcənin xərcləri 12 milyard 752,4 milyon manat, profisiti 2 milyard 576,5 milyon manat (ÜDM-nin 6,4%-i) təşkil edib.
2021-ci il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 25 milyard 427 milyon manat, xərcləri üzrə proqnoz 28 milyard 543 milyon manat təşkil edir. Dövlət büdcəsinin kəsiri 3 milyard 116 milyon manat və ya ÜDM-in 4,1%-i səviyyəsində proqnozlaşdırılır.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət