Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, Ermənistan 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaları pozmağa çalışır.
“Azərbaycan, Ermənisan və RF liderlərinin ilk üçtərəfli bəyanatından (10 noyabr 2020-ci il tarixli) 8, ikinci üçtərəfli bəyanatından (11 yanvar 2021-ci il tarixli) isə 6 aydan artıq müddət keçib. Bu bəyanatların bəzi müddəaları icra olunub, bəziləri isə icra olunmayıb. Ümumilikdə, bəzi müddəaların icrasında problemlər var. Ermənistan onların reallaşdırılmasına maneə yaradır”, - deyə C.Bayramov bu gün serbiyalı həmkarı ilə birgə keçirdiyi brifinqdə bildirib.
Bayramov Ermənistan tərəfinin razılaşmaları pozmasına dair bir neçə misal gətirib. “Məsələn, hərbi əməliyyatların bir hissəsi olan mina xəritələri. 10 noyabr 2020-ci il tarixli bəyanatın şərtlərinə görə, bütün hərbi əməliyyatlar dayandırılmalı idi. Lakin biz nə görürük, 6 ay ərzində Ermənistan mina xəritələrinin mövcudluğunu inkar edirdi, daha sonra Ermənistan baş naziri çıxış edərək bildirdi ki, bu xəritələr yalnız kiçik qismi təşkil edir”, - deyə XİN başçısı qeyd edib.
Onun sözlərinə görə, ikinci misal – regionda kommunikasiyaların açılmasıdır.
“Bu, çox vacib məqamdır və bununla bağlı 11 yanvar 2021-ci il tarixində tərəflərin konkret öhdəliklərinin əks olunduğu ayrıca üçtərəfli bəyanat imzalanıb. Yanvar-fevral aylarında aktiv iş aparıldı, 6 görüş keçirildi. Lakin sonra Ermənistanda seçkiqabağı ziddiyyətli ritorika səslənməyə başladı. Seçkilərdən sonra da İrəvanda bu cür ritorika səslənir. Hesab edirik ki, bütün fikir ayrılıqları işçi qrupu vasitəsilə həll olunmalıdır”, - deyə o vurğulayıb.
Bayramov üçüncü məqam kimi Ermənistanın Azərbaycanla dövlət sərhədinin delimitasiyasına başlamaqdan imtina etməsini qeyd edib. “Ermənistanın özü bu gün bu məsələ ilə bağlı qeyri-müəyyənlikdən əziyyət çəkir və buna görə də reallığı qəbul etməlidir. Azərbaycan delimitasiyaya hazırdır, lakin Ermənistandan qarşılıq görmürük”, - deyə nazir əlavə edib.
XİN başçısı vurğulayıb ki, Ermənistan uzun illər Azərbaycanla danışıqlarda destruktiv mövqe tutub. “Bu gün əsas müzakirələr üçtərəfli bəyanatlar ətrafında aparılmalıdır. Ermənistanın siyasi rəhbərliyi bu prosesə ziyan vurmaq üçün keçmişdə əhəmiyyət kəsb edən hansısa başqa məsələləri və prinsipləri gündəmə gətirməyə çalışır. Gec ya tez Ermənistan başa düşməlidir ki, prosesi hər bir mərhələsində pozmaq, normallaşmaya mane olmaq, yolverilməz bəyanatlar səsləndirmək - bütün bunlar regionda sülh və əmin-amanlığın bərqərar olmasına mane olur. Və bu, heç kimə fayda gətirmir. Ancaq düşünürəm ki, bundan ən çox Ermənistan əziyyət çəkir. Hesab edirik ki, Ermənistanın siyasi rəhbərliyi gec ya tez bunu dərk edəcək və biz onlar tərəfindən daha konstruktiv və real addımlar görəcəyik”, - deyə Bayramov vurğulayıb.*
E.Şəfiyev, A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət