Azərbaycan iki il ərzində öz ərazisində Zəngəzur dəhlizinin yaradılması ilə bağlı işləri sona çatdırmağı planlaşdırır, Ermənistan ərazisində işlər 1,5 il zaman apara bilər. Bu barədə Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.
“Biz Azərbaycanda Zəngəzur dəhlizinin yaradılması üzrə miqyaslı işlərə başlamışıq. Zəngilanda dəmir yolu və şəosse inşa olunur, hava limanları tikilir. Düşünürəm ki, iki il ərzində öz ərazimində işləri başa çatdıracağıq, çünki burada işlərin miqyası çox böyükdür. Ermənistan ərazisində dəmir və avtomobil yollarının uzunluğu 40 km təşkil edir. Bu, 1-1,5 il zaman apara bilər”, - Əlliyev Türkiyənin Anadolu agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Zəngəzur dəhlizinin açılması Azərbaycanla Erməınistan arasında münasibətlərin normallaşmasıprosesinin başlaması üçün şərtdir. “Əlbəttə, bu tələbdir. Çünki 10 noyabr tarixli bəyanatda bu barədə deyilir. Ermənistan üzərinə öhdəlik götürüb. Əgər bu öhdəliyi yerinə yetirməsə, hansı normallaşmadan söhbət gedə bilər? İkincisi, öncə bildirdiyim rəyə qayıldıram. Ermənistan postmüharibə dövrünü düzgün təhlil etməlidir. İndi vəziyyət tam fərqlidir. (...) Buna görə, hazırki vəziyyətdə hesab edirəm ki, Ermənistan Azərbaycanla münasibətlərin normallaşması üçün daha çox səy göstərməlidir. Çünki bu onlar üçün çox vacibdir. Biz bunsuz da yaşayarıq. Əvvəl olduğu kimi”, - prezdent qeyd edib.
Əliyev əlavə edib ki, Ermənistan Türkiyə ilə münasibətlərin normallaşmasına çalışmalıdır. “İlk növbədə, Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa cəhd etməlidir. Eyni zamanda, Azərbaycanla münasibtləri normallaşdırmalıdır. Qoy Türkiyə və Azərbaycanla sərhədlərini müəyyən etsin. Onar bu istiqamətdə daha çox cəhd göstərməlidirlər, nəinki biz. Çünki bu olmadan sərhəd də yoxdur. İndi Ermənistanda və bəzi əcnəbi siyasətçilər bizi Ermənistan ərazilərinin işğalında ittiham edirlər. Birincisi, bu yalandır. İkincisi, Ermənistan bizim ərazilərimizi işğal edəndə niyə səsiniz gəlmirdi? Nə üçün gözlərinizi bağlayırdınız? 30 il işğalla anaşı bizim bütün tarixi və dini abidələrimiz məhv edilib. Bütün tikililər dağıdılıb. Siz bunu görmürdünüz?”, - dövlət başçısı vurğulayıb.
Prezident qeyd edib ki, Azərbaycan hərbçiləri Ermənistanla sərhədlərə çıxaraq “öz torpaqlarımızda bizim xəritələrə əsasən” yerləşiblər. “Əgər Erməınistan başqa cür düşünürsə, qoy danışıqlar masasına otursun. Bunu müzakirə edək. Bu bir il, 5 il, 30 il zaman apara bilər, kim bilir. Yenə də bu mövzuya qayıdıram: Ermənistan sərhədlər məsələsində bugünkü reallığı dərk etməlidir. Qısa zamanda bizim şərtlərimizi qəbul etməli və bu problemi həll etməlidir ki, hamı öz sərhədlərini tanısın”, - Əliyev əlavə edib. **
A.Əzizov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət