“BP-Azerbaijan” şirkəti 2021-ci ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından 16 milyard kubmetr qaz hasil edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 20,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətin mətbuat xidmətindən məlumat verilib.
Cari ilin yanvar-sentyabr aylarında “Şahdəniz” yatağından təxminən 24 milyon barel kondensat (3 milyon ton) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 11,1% çoxdur.
“Hazırda yatağın hasilat gücləri gündəlik təxminən 70 milyon kubmetr və ya illik 25 milyard kubmetrdən çoxdur”, – deyə məlumatda bildirilir.
Bu dövrdə “Şahdəniz” konsorsiumunun yatağın işlənməsi üzrə xərcləri $2 milyard 94 milyon (artım 56,4%), layihə üzrə istismar xərcləri $1 milyard 570 milyon, əsaslı xərclər $524 milyon təşkil edib. Əsaslı xərclərin böyük həcmi “Şahdəniz-2” layihəsi üzrə işlərin payına düşüb.
9 ay ərzində Cənubi Qafqaz Boru Kəməri (CQBK) ilə gündəlik 46,8 milyon kubmetr qaz (2020-ci ilin yanvar-sentyabr aylarında 32,6 milyon kubmetr) nəql olunub. Hesabat dövründə CQBK üzrə istismar xərcləri $39 milyon, əsaslı xərclər $8 milyon təşkil edib.
Xəbər verildiyi kimi, 2020-ci ildə “BP-Azerbaijan” şirkəti “Şahdəniz” yatağından 18,1 milyard kubmetr qaz (artım 7,7%) və 3,6 milyon ton kondensat (artım 2,8%) hasil edib.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), LUKOİL (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
Hazırda “Şahdəniz” yatağından qaz hasilatı “Mərhələ-1” çərçivəsində “Alfa” və “Mərhələ-2” çərçivəsində “Bravo” platformalarından həyata keçirilir.*
N.Abbasova
SİF və “Bank Respublika”nın dəstəyilə Şuşada sahibkarlıq subyekti fəaliyyətə başladı!
Norm Sement zavodunda “İstehsalat Təcrübəsi Proqramı”nın bağlanış mərasimi keçirilib
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo taksit kartı ilə təhsil xərclərini qarşıla!
AccessBank-dan Google Pay istifadəçilərinə keşbek kampaniyası
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət