Maliyyə Nazirliyi 2022-ci ilin dövlət büdcəsində koronavirus (COVID-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi üçün 350 milyon manat (cari məzənnə ilə $205,9 milyon) məbləğində vəsait nəzərdə tutub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Maliyyə Nazirliyindən məlumat verilib.
Azərbaycanın 2022-ci il üçün dövlət büdcəsi Milli Məclisə təqdim edilib.
“Ölkədə koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi üçün 2022-ci ilin dövlət büdcəsində 350 milyon manat məbləğində vəsait nəzərdə tutulub ki, bu da gələn il üçün bütün sosial xərclərin 0,1%-ni təşkil edir. 2021-ci illə müqayisədə 2022-ci ildə koronavirusla mübarizə üzrə büdcə xərcləri 89 milyon manat və ya 34,1% artacaq”, - deyə məlumatda qeyd olunur.
Daha əvvəl Prezident İlham Əliyev bildirmişdi ki, ölkə hökuməti 2020-2021-ci illərdə COVID-19-a qarşı mübarizə tədbirlərinin həyata keçirilməsinə təxminən $2,9 milyard yönəldib.*
A.Salayeva
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət