Rəsmi Bakı ümid edir ki, İrəvan ikitərəfli münasibətlərin normallaşması üçün yaranmış unikal şansdan istifadə edəcək. “İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Mirzoyanla (Ararat Mirzoyan, Ermənistan XİN başçısı – İF) danışıqlarda (Parisdə – İF) mövqeyimizi bir daha təsdiq etdim. Bu mövqe bundan ibarətdir: Azərbaycan əraziləri və beynəlxalq sərhədləri azad olunandan sonra əsas problem – artıq keçmiş Dağlıq Qarabağ münaqişəsi - öz həllini tapıb. Bundan sonra biz inanırıq ki, Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün unikal şans yaranıb”, - deyə C.Bayramov Türkiyənin “A News” telekanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycan beynəlxalq hüquq prinsipləri - suverenlik, ərazi bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərə hörmət prinsipləri əsasında dialoqa və münasibətlərin normallaşdırılmasına açıqdır.
Qarabağa dair üçtərəfli bəyanatın müddəalarının həyata keçirilməsindən danışan nazir qeyd edib ki, bütün müddəaların tam reallaşdırılması daha yaxşı ab-havanın yaranmasına, qarşılıqlı etimadın artmasına və regionda ümumi vəziyyətin sabitləşməsinə gətirib çıxaracaq.
“Bakı üçtərəfli bəyanatlara sadiqdir və onların Azərbaycana aid olan bütün müddəalarını həyata keçirib və əlbəttə ki, biz Ermənistandan da eyni addımı gözləyirik. Bir çox məsələlər artıq öz həllini tapıb, amma həll olunmamış məsələlər də qalmaqdadır. Əfsuslar olsun ki, hələ Ermənistan tərəfindən həll olunmayan bəzi məsələlər var. Hamı üçtərəfli bəyanatlara ciddi yanaşmalıdır. Ölkələr arasında kommunikasiyaların açılması, eləcə də Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası ilə bağlı məsələlər olduqca vacibdir”, - deyə o vurğulayıb.
XİN başçısı qeyd edib ki, Azərbaycan hərtərəfli sülh müqaviləsi üzərində işə başlamağa hazırdır. Bu müqavilənin əsas müddəaları beynəlxalq hüququn əsas prinsipləri, suverenliyə və ərazi bütövlüyünə hörmət, bir-birinin işinə müdaxilə etməmək, normal, mehriban qonşuluq münasibətləridir.
“Lakin sənəd üzərində işə başlamaq üçün hər iki tərəfin hazır olması, xoş məram lazımdır. Bu, bizim yanaşmamızdır, onu qəbul edib-etməmək artıq Ermənistanın siyasi rəhbərliyindən asılıdır. Ancaq biz inanırıq ki, gec-tez Ermənistanın siyasi rəhbərliyi başa düşəcək ki, yeganə çıxış yolu qonşulara qarşı ərazi iddiaları irəli sürmək deyil, onlarla münasibətləri normallaşdırmaqdır. Ermənistanın ərazi iddiaları erməni xalqının xeyrinə olmayacaq və regionda sülhün, sabitliyin və rifahın bərqərar olmasına xidmət etməyəcək”, - deyə C.Bayramov bildirib.*
E.Şəfiyev
AccessBank QSC Symantec Endpoint Protection üzrə tender elan edir
AccessBank QSC Cisco ESA + SMARTnet üzrə tender elan edir.
“Yelo Bank” ASC poliqrafiya və çöl reklamı xidmətləri üçün texniki tender elan edir
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Dünyanın ən məşhur idman və əyləncə kanalları indi “CityNet”də!
Azər Türk Bank daha bir filialını istifadəyə verdi
AccessBank Masallıda filialının açılması ilə regional şəbəkəsini genişləndirir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət