Ermənistan Azərbaycana qarşı hərbi təxribatların uğursuz olduğunu dərk etməlidir. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ermənistanın əvvəlki təxribatları heç bir nəticə verməyib və bundan sonra da verməyəcək. Ermənistan bunu dərk etməlidir. Zəfərdən (Azərbaycanın 2020-ci ilin payızında Qarabağ müharibəsindəki qələbəsi - İF) sonra biz Türkiyə olaraq regionda sabitlik istəyirik, yeni səhifələr açmaq və münasibətlərimizi normallaşdırmaq istəyirik”, - deyə Çavuşoğlu bu gün Ankarada keçirilən mətbuat konfransında bildirib.
O əlavə edib ki, Türkiyə bu məsələləri Azərbaycanla müzakirə edir.
“Biz belə bəyanatlar (sülh və sabitlik haqqında – İF) verərkən Ermənistan öz hərəkətləri ilə göstərir ki, sülh yox, təxribatlar, münaqişə istəyir və bunun qarşılığında nə əldə edir? Heç nə, yalnız uduzur və yenə uduzacaq”, - deyə nazir bildirib.
M.Çavuşoğlu, həmçinin əlavə edib ki, Azərbaycan əldə etdiyi zəfərdən sonra regionda sabitliyin təmin edilməsi üçün “altılıq” platformasının yaradılmasını təklif edib və bölgənin sabitliyi və inkişafı üçün əhəmiyyətli layihələr həyata keçirir.
“Lakin daha vacibi odur ki, Azərbaycan Ermənistana sülh müqaviləsi imzalamağı təklif edib. Ermənistan isə Qarabağda hərbi əməliyyatların dayandırılmasından dərhal sonra Azərbaycana diversantlar göndərib, indi də onların azad edilməsi üçün kömək istəyir, halbuki saxlanılanlar hərbi əsir sayıla bilməz, onlar terrorçudurlar. Digər tərəfdən də təxribatlarına davam edir, Azərbaycan ərazilərinə hücum edir”, - deyə XİN başçısı vurğulayıb.
M.Çavuşoğlu qeyd edib ki, Ermənistan regionda sülh və sabitliyə can atmalı, Azərbaycanın öz torpaqlarını erməni işğalından azad etməsi və Ermənistan ərazilərinə hücum etməməsi faktını qəbul etməlidir.
“Ermənistan bunu qəbul etməli və buna hörmətlə yanaşmalı olacaq və o zaman biz regionda sülh və sabitlik üçün birgə addımlar atacağıq. Əgər Ermənistan buna hazır olsa, biz də qarşılıq verəcəyik”, - deyə o vurğulayıb.
Türkiyəli nazir əlavə edib ki, Azərbaycan tək deyil, tək olmayacaq, Türkiyə həmişə olduğu kimi onun yanındadır.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət