Azərbaycan 2021-ci ilin yanvar-sentyabr aylarında 20,171 min ton şokolad idxal edib, bu da 2020-ci ilin analoji dövrünün göstəricisindən 11,9% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Ölkəyə idxa olunan şokoladın dəyəri $59 milyon 557,91 min həcmində qiymətləndirilir (artım 20,9%).
Azərbaycana şokoladın əsas tədarükçüsü Rusiya olub. Xüsusilə, 2021-ci ilin 9 ayı ərzində RF-dən $24 milyon 573,4 min dəyərində (artım 16,8%) 10,971 min ton (artım 12%) şokolad idxal edilib. Hesabat dövründə Azərbaycana şokolad idxalının 54,4%-i RF-nin payına düşüb.
Azərbaycana şokoladın digər iri tədarükçüsü isə Ukrayna olub. 9 ay ərzində bu ölkədən $3 milyon 454,62 min dəyərində 1,614 min ton məhsul idxal edilib.
Eyni zamanda, Azərbaycan yanvar-sentyabr aylarında $3 milyon 141,47 min dəyərində (artım 34,5%) 1,495 min ton (artım 43,3%) şokolad ixrac edib. Həmçinin, Rusiyaya $968,15 min (artım 21,3%) ixracın həcmi 496,46 ton (artım 24,8%) olub.
Azərbaycan 2020-ci ildə $72 milyon 875,54 min dəyərində 26,023 min ton şokolad idxal edib. 2019-cu illə müqayisədə şokolad idxalı miqdar ifadəsində 7,6%, dəyər ifadəsində - 2,8% artıb. Ötən il ərzində RF-dən $30 milyon 913,48 min məbləğində 14,217 min ton şokolad idxal olunub. Ümumilikdə, 2020-ci il ərzində Azərbaycana şokolad idxalının 54,6%-i RF-nin payına düşüb.
Eyni zamanda, 2020-ci ildə Azərbaycan $3 milyon 900,92 min dəyərində 1,835 min ton şokolad ixrac edib. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət