Azərbaycan prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə əlavə tədbirlər barədə tapşırıq verib.
Bazar ertəsi dövlət başçısının saytında “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan prezidentinin fərmanı dərc olunub.
Sənədə əsasən, yaşa görə müavinət 180 manata, I dərəcə əlilliyi olan şəxslərə verilən müavinət 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 120 manata qaldılır.
Əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar” və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar” səbəbindən baş verdikdə: I dərəcə əlilliyi olan şəxslərə verilən müavinət 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 120 manata qaldırılır.
Əlillik “Çernobıl AES-də hərbi xidmətlə əlaqədar” və ya “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəbindən baş verdikdə: I dərəcə əlilliyi olan şəxslərə verilən müavinət 220 manata, II dərəcə əlilliyi olan şəxslərə 180 manata, III dərəcə əlilliyi olan şəxslərə 120 manata qaldılır.
Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara müavinət 200 manata, ailə başçısını itirməyə görə müavinət 100 manata; müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət 120 manata; uşağın anadan olmasına görə müavinət 300 manata; dəfn üçün müavinət 350 manata qaldırılıb.
Fərman 1 yanvar 2022-ci il tarixindən qüvvəyə minir.
Dövlət başçısının imzaladığı yeni fərman və sərəncamları ümumilikdə 732 min şəxsə, o cümlədən 132 min doktorant və tələbəyə şamil olunur. Bu artımlar üçün 2022-ci ildə əlavə 200 milyon manat ayrılıb. **
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət