Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkənin Enerji və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycan Respublikasının Energetika Nazirliyi arasında təbii qazın tədarükünə dair Anlaşma Memorandumunu təsdiqləyib. Memorandum 22 dekabr 2021-ci ildə Bakıda imzalanıb.
Sərəncam və Memorandumun mətni çərşənbə axşamı “Resmi gazete”də dərc olunub.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, Memorandum Türkiyənin BOTAS şirkəti tərəfindən 31 dekabr 2024-cü ilədək illik 1,7 milyard kubmetrədək qazın “SOCAR Turkiye Enerji”nin müəssisələrinin zəruri tələblərinin təmin edilməsi məqsədilə “SOCAR Turkey Refining and Petrochemical Business Unit” (“SOCAR Turkiye Enerji”nin bölməsi) şirkətinə nəqlini nəzərdə tutur.
Bundan əlavə, sənədə əsasən, Türkiyə tərəfi “upstream” layihələri çərçivəsində hasil ediləcək Azərbaycan qazının və ya qaz kəmərləri Azərbaycandan keçməklə nəql ediləcək qazın əlavə həcmlərinin, həmçinin Bakı-Tbilisi-Ərzurum və TANAP boru kəmərlərinin mövcud texniki imknalarından maksimum istifadə etməklə nəqli üçün bütün səylərdən istifadə etməyə hazırlıq ifadə edib. Eyni zamanda, Türkiyə tərəfi daxili bazarda bu həcmlərin kommersiya əməliyyatları üçün zəruri dəstək verməyə hazırdır.
Sənədə görə, iki ölkə səmərəli hesab olunan və qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığa dair razılığa gəlib. Bu razılıqlar çərçivəsində SOCAR və BOTAS şirkətləri fəaliyyət göstərəcəklər, həmin fəaliyyət birbaşa v ya zərurət yaranacağı halda törəmə müəssisələri tərəfindən həyata keçiriləcək. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət