“Bank Respublika” ASC 2021-ci ildə Sahibkarlığın İnkişafı Fondunun (SİF) vəsaitləri hesabına ən çox güzəştli kredit verən bank olub.
SİF-dən “İnterfaks-Azərbaycan” agentliyinə verilən məlumata görə, “Bank Respublika” 2021-ci ildə fondun vəsaitləri hesabına sahibkarlara 20,3 milyon manat məbləğində güzəştli kredit verib.
Sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə ikinci yerdə “PAŞA Bank” (17,5 milyon manat), üçüncü yerdə “Ziraat Bank Azerbaycan” (17,3 milyon manat) qərarlaşıb.
SİF-in vəsaitləri hesabına sahibkarlara verilən güzəştli kreditlərin həcminə görə bankların ilk beşliyinə Azərbaycan Beynəlxalq Bankı (17 milyon manat) və “Rabitəbank” (10,1 milyon manat) da daxil olub.
Fondun məlumatına görə, 2021-ci ildə SİF tərəfindən 1902 investisiya layihəsinin maliyyələşdirilməsinə 130,6 milyon manat güzəştli kredit verilib.*
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət