Avropa İttifaqında TAP qaz kəmərinin ixrac imkanlarının artıq ən yaxın zamanda artacağına və illik 10 milyard kubmetr layihə gücünə çatacağını gözləyirlər. Bu barədə Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson bəyan edib.
“Bu qaz kəmərinin imkanlarının genişlənəcəyini və ən yaxın zamanda illik 10 milyard kubmetrə çatacağını gözləyirik. Bu qaz kəməri təhlükəsiz nəql nöqteyi-nəzərindən müsbət təsir göstərir”, - Simson cümə günü Bakıda keçirilən mətbuat konfransında bildirib.
“Bu ilin yayına qədər TAP-ın gücünün tam həmcdə istifadə olunacağını gözləyirik”, - o əlavə edib.
Simson TAP-ın ötürülmə qabiliyyətinin illik daha 10 milyard kubmetr genişlənməsinə toxunaraq qeyd edib ki, hazırda bazar gözləntilərinin araşdırılmaları aparılır, nəticələr üzrə “bu güenişlənməni artıq planlaşdırmaq mümkündür”.
Həmçinin, Avropa komissarı vurğulayıb ki, Azərbaycan enerji təchizatı sahəsində Avropanın tərəfdaşıdır.
“Bu layihənin əhəmiyyəti barədə yaxşı rəylər eşitmək mənim üçün xoş olub. Layihə həm regiona, həm də ölkələrə güclü təsir edir. Cənub Qaz Dəhlizi Cənub-Şərqi Avropaya nəqlə imkan yaradır. Avropa Komissiyası olaraq, biz CQD-nin strateji əhəmiyyəti barədə fikri bölüşürük. Enerji resursları bazarında çətinliklər olduğu, qiymətlərin isə artdığı dövrdə bu layihə vacindir. Digər boru kəmərlərində meydana gələn çətinlikləri aradan qaldırmaq üçün bu boru kəmərinin genişləndirilməsini müzakirə edə bilərik”, - o bildirib.
Həmçinin, Simson məlumat verib ki, Bakıda keçridiyi ikitərəfli danışıqlar zamanı “Şahdəniz” yatağından qaz hasilatının “yaxın gələcəkdə” artırılmasının tərəfdarı olduğunu bildirib. “Biz, xüsusilə Qərbi Balkanlar istiqamətində mövcud qaz kəmərinin gücünün genişləndirilməsi imkanlarını müzakirə etdik”, - o bildirib. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət