Azərbaycan, İran və Türkmənistan qaz tədarükü məsələsində əməkdaşlığı genişləndirə bilər, tədarükün həcminin artırılmasına dair yeni təkliflər var. Bunu Azərbaycanın Tehrandakı səfiri Əli Əlizadə deyib.
Xəbər verildiyi kimi, 2021-ci ilin noyabr ayında Azərbaycan, İran və Türkmənistan arasında qarşılıqlı qaz tədarükü (swap) haqqında üçtərəfli saziş imzalanıb.
“Bu layihənin perspektivi uğurlu görünür, hətta tədarükün həcminin artırılması ilə bağlı təkliflər də var və bu istiqamətdə müvafiq qurumlarla daim danışıqlar aparılır. Qaz tədarükü sahəsində ikitərəfli və çoxtərəfli əməkdaşlığın gücləndirilməsi ilə bağlı yeni təşəbbüslər də var və dəyərləndirmələr aparılır”, - deyə səfir “IRIB” dövlət teleradio şirkətinə müsahibəsində bildirib.
O, bu layihənin hər üç tərəfə (Bakı, Tehran, Aşqabad) fayda verməklə yanaşı, eyni zamanda, regional əməkdaşlığa da töhfə verəcəyinə ümidvar olduğunu deyib.
İran üçtərəfli sazişə uyğun olaraq 2022-ci ilin əvvəlində Türkmənistandan alınmış qazın Azərbaycana nəqlinə başlayıb. Tədarükün gündəlik həcmi 4 milyon kubmetrdən çoxdur. Sazişə əsasən, Türkmənistan İran vasitəsilə Azərbaycana ildə 1,5-2 milyard kubmetr qaz tədarük edəcək.
İran SWAP sazişi çərçivəsində Türkmənistan təbii qazını Azərbaycana nəql etməklə ilin soyuq aylarında 5 əyalətinin qaza tələbatını ödəyə biləcək.
Daha əvvəl İranın neft naziri Cavad Övci bildirmişdi ki, Tehran Türkmənistandan qaz tədarükünün həcmini ildə 15 milyard kubmetrə qədər artıra bilər.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət