“Rosaviasiya” Federal Hava Nəqliyyatı Agentliyi Rusiyanın müxtəlif şəhərlərindən Azərbaycana beş aviareyslərin yerinə yetirilməsi üçün 4 şirkətə icazə verib.
“İnterfaks-Azərbaycan” məlumat verir ki, cümə axşamı “Rosaviasiya” iclasın yekunlarına dair “Red Vinqs”, “Severnıy veter”, “İkar” və “Azimut” aviaşirkətlərinə Azərbaycana reyslərə icazə verilməsi haqqında qərar qəbul edib.
Qərara əsasən, “Severnıy veter” və “İkar” aviaşirkətləri həftədə 7 dəfə Moskva-Füzuli reysinin yerinə yetirilməsinə icazə əldə edib.
Bundan başqa, “Severnıy veter” aviaşirkəti həftədə 7 dəfə Maxaçkala-Qəbələ reysinə icazə əldə edib.
“Azimut” aviaşirkəti həftədə 3 dəfə Maxaçkala-Bakı reysinə, “Red Vinqs” aviaşirkəti həftədə 3 dəfə Krasnodar-Bakı reysinin yerinə yetirilməsinə icazə əldə edib.
2021-ci ilin dekabr ayında “Rosaviasiya” “İrAero” şirkətinə Moskvadan Füzuliyə uçuşlara icazə verib.
Xəbər verildiyi kimi, Füzuliyə ilk sınaq uçuşu 2021-ci il sentyabrın 5-də həyata keçirilib. Oktyabrın 15-də Azərbaycan Respublikasınınbaş naziri Əli Əsədov Füzuli Hava Limanına beynəlxalq statusun verilməsi haqqında sərəncam imzalayıb. Oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. **
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət