Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva bildirib ki, Azərbaycanın COVID-19 pandemiyasının əvvəlindən gördüyü tədbirlər ən pis nəticələrin qarşısını almağa kömək edib.
“Hazırda vəziyyətə görə demək olar ki, Azərbaycanda son dalğa azalmaqdadır”, - deyə M.Əliyeva Prezident İlham Əliyevin Moskvada Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, komandanın yaradılması koronavirusla mübarizədə Azərbaycana çox kömək etdi.
“Yəqin əsas aspektlərdən biri ondan ibarətdir ki, bu komanda işləyirdi. O, indiyə qədər işləyir. Deyə bilərəm ki, onların bu günə qədər verdiyi proqnozlar 90-95 faiz düz çıxıb. Yəni, biz hər bir dalğanı gözləyirdik. Bizdə nə vaxt artım, nə vaxt azalma, nə vaxt pik olacağı barədə xəta bir həftə ola bilərdi. Bu, bizə çox kömək edirdi, çünki hökumətin müəyyən təcili tədbirlər, karantin tədbirləri görməsi lazım olanda, müddətləri düzgün hesablamasına imkan verirdi. Təbii ki, bununla paralel olaraq zəruri tibbi avadanlıq və dərmanlar alındı”, - deyə M.Əliyeva vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan vaksinasiyanın zəruriliyini kifayət qədər tez dərk etdi və vaksin almağa başladı.
Birinci vitse-prezident qeyd edib ki, cəmiyyətlə işin düzgün aparılması Azərbaycana kütləvi etirazlardan qaçmağa kömək etdi.
“Yəqin ki, cəmiyyətlə düzgün kommunikasiya çox vacib aspektdir. Ona görə ki, situasiya insanlar üçün yeni, çox cəhətdən qorxulu idi. İnkar edənlər də vardı, hər yerdə olduğu kimi, prinsip etibarilə müxtəlif konspiroloji versiyalar vardı. Bizə nə kömək etdi? İlk növbədə, bizə kömək edən bunu başa düşməyimiz oldu ki, qərargahdan daxil olacaq ismarıclar tamamilə dürüst olmalıdır, biz onları elə yoxlamalıyıq ki, sonradan dəyişməyək. Ona görə ki, belə vəziyyətdə dediyimizi etmək çox vacib idi. Bu halda da mən yenə Prezidentə minnətdaram, çünki o, insanlara, ictimaiyyətə müraciət edir və bu ismarıcları verirdi. Əlbəttə, burada insanların Prezidentə etimadı öz rolunu oynadı. COVID ilə bağlı vəziyyətdə bu etimadın nə dərəcədə vacib olması bir daha təsdiqləndi, ona görə ki, Prezidentdən eşidilənlər birmənalı həqiqət kimi qəbul edilirdi. Əlbəttə, skeptiklər, skeptik əhval-ruhiyyəli insanlar vardı, az sayda vaksin əleyhdarları var. Lakin bütövlükdə biz ciddi ziddiyyətlərdən və ya iğtişaşlardan qaça bildik. Bizdə insanlar vaksin vurdurmağa getdilər və yetərincə intizamlı şəkildə vaksinləndilər. Bu günə qədər bizdə yaşı 18-dən yuxarı olan insanların təqribən 70 faizi iki doza vaksin alıb. Ona görə ki, bizdə əsasən yaşı 18-dən yuxarı olan insanlar vaksinlənir. Uşaqlar üçün vaksinləmə yalnız valideynlərin qərarı ilə həyata keçirilir, məcburi vaksinləmə yoxdur”, - deyə M.Əliyeva vurğulayıb.
Onun sözlərinə görə, belə bir ehtiyatlı optimizm var ki, “omikron” epidemiyanın sonu ola bilər. “Bununla bərabər, başqa versiyalar da səslənir. Deyirlər ki, virusun daha artıq təhlükəli, daha ölümcül yeni versiyaları yarana bilər. Lakin bütövlükdə keçilmiş yolu təhlil edərək bu gün mən bu iki komponenti əsas hesab edirəm: tezliklə yüksək iş qabiliyyətli, çox düzgün komanda yaratmaq, - vurğulamaq istəyirəm ki, bu komanda təkcə həkimlərdən ibarət olmamalıdır, - ikincisi, biz cəmiyyətə fikrimizcə, çox yoxlanılmış və çox düzgün ismarıclar vermişik. Bu, öz təsirini göstərib”, - deyə birinci vitse-prezident əlavə edib.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət