Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığına uyğun olaraq 23 fevral – 28 fevral 2022-ci il tarixlərində Azərbaycan-Rusiya sərhədində Azərbaycan vətəndaşları üçün növbəti sərhəd buraxılışı təşkil edilib.
“Rusiya Federasiyasının Azərbaycan Respublikası ilə dövlət sərhədinin Dağıstan Respublikası ərazisindən yerüstü sərhəd yolu ilə Azərbaycana gəlmək üçün toplaşan vətəndaşlarımız və onların ailə üzvləri üçün 23 fevral – 28 fevral 2022-ci il tarixlərində növbəti sərhəd buraxılışı təşkil edilib”, - deyə Xarici İşlər Nazirliyinin məlumatında bildirilir.
Sərhəd buraxılışlarının həyata keçirilməsi üçün Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarından ibarət işçi heyət Rusiya Federasiyasının Dağıstan Respublikasına ezam olunub. İşçi heyətin üzvləri sərhədi keçmək istəyən Azərbaycan Respublikası vətəndaşları və onların ailə üzvlərini qeydiyyata alıb, onlara zəruri konsulluq yardımını göstərib.
“Rusiyanın yerli qurumları ilə əlaqələndirilmiş fəaliyyət nəticəsində Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən olunmuş gündəlik kvotaya uyğun olaraq, qeydiyyata alınmış 540 nəfərin Rusiya Federasiyası ilə Azərbaycan Respublikasının “Yaraq Qazmalar - Samur” dövlət sərhəd-keçid buraxılış məntəqəsindən Azərbaycan Respublikasına qrup halında keçidi təmin edilib”, - deyə məlumatda bildirilir.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət