2021-ci ildə fəaliyyətinin yekunları üzrə “Azərbaycan Sənaye Sığorta” ASC-nin xalis mənfəəti 1 milyon 983,617 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, “Azərbaycan Sənaye Sığorta” ASC 2020-ci ili 1 milyon 966 min 871,61 manat məbləğində xalis mənfəətlə başa vurub. Beləliklə, 2021-ci ildə sığorta şirkətinin mənfəəti 0,7% azalıb.
Maliyyə hesabatına əsasən, 2021-ci il ərzində şirkətin gəlirləri 13 milyon 300,907 min manat (artım 43,7%), o cümlədən sığorta haqları 12 milyon 26,5 min manat (artım 32,5%), investisiya gəlirləri 870,2 min manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 10 milyon 821,386 min manat (artım 60,2%), o cümlədən sığorta ödənişləri 4 milyon 270,4 min manat (artım 99%), təkrarsığortaya verilmiş risklər 2 milyon 824,666 min manat, sığorta işinin aparılması xərcləri 3 milyon 542,832 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2021-ci ildə şirkətin aktivləri 1,8% - 20 milyon 738,6 min manatadək, kapitalı 7.4% – 13 milyon 8,1 min manatadək azalıb, öhdəlikləri 9,1% - 7 milyon 730,4 min manatadək artıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilmiş depozitlərinin həcmi 3,5% - 15 milyon 692,1 min manata qədər azalıb.
“Azərbaycan Sənaye Sığorta” ASC “Azersun Holding”in strukturuna daxildir. Səhmdarları 2 hüquqi şəxs - “Azərbaycan Sənaye Bankı” və “Anadolu Investment Company” MMC-dir. Şirkətin nizamnamə kapitalı 11 milyon manatdır.**
R.Əhmədov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət