2021-ci ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup” sığorta şirkətinin xalis mənfəəti 1 mln. 13 min 75,21 mаnаt təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə sığorta şirkətindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2020-ci ildə fəaliyyətinin yekunları üzrə “A-Qroup”un xalis mənfəəti 2 mln. 813 min 170,82 mаnаt təşkil edib. Beləliklə, ötən il şirkətin xalis mənfəəti 2020-ci illə müqayisədə 2,8 dəfə azalıb.
“A-Qroup” şirkətinin auditor rəyi ilə təsdiq edilmiş maliyyə hesabatına əsasən, 2021-ci il ərzində onun gəlirləri 20 mln. 528 min 355,35 mаnаt, o cümlədən birbaşa sığorta haqları 19 mln. 72 min 54,16 manat (2020-ci illə müqayisədə artım 11,8% - İF), investisiya gəlirləri 104 min 249,26 manat təşkil edib. Hesabat ilində qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
Ötən il şirkətin xərcləri 19 mln. 262 min 11,34 manat, sığorta ödənişlərinin həcmi 11 mln. 739 min 982,69 manat (2020-ci illə müqayisədə artım 38,5%), qaytarılan sığorta haqları 1 milyon 99 min 297,77 manat, sığorta işinin aparılması xərcləri 3 mln. 591 min 2,65 manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
2021-ci ildə şirkətin vergi ödənilənədək mənfəəti 1 mln. 266 min 344,01 manat, mənfəət vergisi üzrə ödənişləri 253 min 268,8 manat təşkil edib.
Ötən il “A-Qroup”un aktivləri 10,2% - 25 mln. 392 min 236,83 manatadək, öhdəlikləri 7,7% - 13 mln. 56 min 736,57 manatadək, kapitalı 12,7% - 12 mln. 335 min 500,26 manatadək azalıb, nizamnamə kapitalı isə dəyişməz qalıb (10 mln. 5,25 min manat).
2021-ci ildə şirkətin banklarda yerləşdirdiyi depozitlərin həcmi 15,5% - 6,65 mln. manatadək artıb.
“A-Qroup” ASC 1996-cı ildən sığorta bazarında fəaliyyət göstərir. **
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət