Bakı şəhərinin mərkəzində baş vermiş partlayış nəticəsində bir nəfər həlak olub. Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu məlumat verir.
“3 aprel 2022-ci il tarixdə saat 03:00 radələrində Bakı şəhəri, Səbail rayonu, Tərlan Əliyarbəyov küçəsində yerləşən gecə klubunda yanğınla nəticələnən partlayış baş verib. İlkin məlumata əsasən, hadisə nəticəsində 1 nəfər ölmüş, 31 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - Baş Prokurorluğun məlumatında qeyd olunur.
Hazırda prokurorluq, Daxili İşlər, Fövqəladə Hallar Nazirliyi və digər aidiyyəti orqanların nümayəndələri hadisə yerindədilər.
“Prokurorluğun müstəntiqləri və kriminalistləri tərəfindən zəruri istintaq hərəkətləri həyata keçirilir”, - məlumatda deyilir.
Fövqəladə Hallar Nazirliyi məlumat verir ki, gecə klubunda yanğın və dağıntı ilə nəticələnmiş partlayışla əlaqədar nazirliyin qüvvələri tərəfindən həyata keçirilən axtarış-xilasetmə əməliyyatı başa çatıb.
“Hadisənin başvermə səbəbləri müvafiq qurumlar tərəfindən araşdırılır”, - nazirliyin mətbuat xidməti qeyd edir.
Səhiyyə Nazirliyindən bildirilib ki, gecə klubunda partlayış nəticəsində saat 04:20 üçün 24 nəfər, həmçinin 13 kişi və 11 qadın hospitalizasiya edilib.
Yerli mətbuat “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevə istinadən məlumat verir ki, gecə klubunda propan qaz balonlarının partlaması səbəb olub.**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət