2021-ci ilin yekunları üzrə “Atəşgah” sığorta şirkətinin xalis mənfəəti 328 min 108,3 manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
2020-ci ilin yekunları üzrə şirkətin xalis mənfəəti 3 milyon 349 min 136,14 manat təşkil edib. Beləliklə, 2021-ci ildə şirkətin mənfəəti 10,2 dəfə azalıb.
“Atəşgah” sığorta şirkətinin maliyyə hesabatına əsasən, 2021-ci ildə onun gəlirləri 25 milyon 340 min 186,29 manat, o cümlədən sığorta haqları 25 milyon 55,863 min manat (azalma 1%), investisiya gəlirləri 811,537 min manat təşkil edib. Eyni zamanda, xalis sığort ehtiyatlarının mənfi rəqəmi 1 milyon 602,496 manat təşkil edib. Qalan gəlirlər digər maddələr üzrə əldə edilib.
2021-ci ildə şirkətin xərcləri 24 milyon 930 min 50,91 manat, sığorta ödənişlərinin həcmi 10 milyon 546,13 min manat (azalma 26,4%), sığorta haqları üzrə qaytarılan vəsaitlər 984,102 min manat, sığorta işinin aparılması xərcləri 10 milyon 788,695 min manat, təkrar sığortaya verilən risklər 2 milyon 287,182 min manat təşkil edib. Qalan xərclər digər maddələrin payına düşüb.
Hesabat ilində “Atəşgah” sığorta şirkətinin vergi ödənilənədək mənfəəti 410 min 135,38 manat, mənfəət vergisi üzrə ödənişləri 82 min 27,08 manat təşkil edib.
Ötən il şirkətin aktivləri 7,7% - 39 milyon 665 min 795,41 manatadək, öhdəlikləri 12,9% - 23 milyon 558 min 825,28 manatadək, kapitalı 1% - 16 milyon 106 min 970,13 manatadək artıb.
2021-ci ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 21,1% - 8,505 milyon manata qədər azalıb.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb və sığorta haqlarının yığım və həyata keçirilən ödənişlərin həcminə görə aparıcı şirkətlərin beşliyinə daxildir. Şirkətin səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 milyon 8,5 min manata bərabərdir.**
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət