“AzerGold” QSC 2022-ci ildə Göygöl rayonundakı “Tülallar” yatağında filiz hasilatına başlamağı planlaşdırır.
“Göygöl rayonunun Tülallar kəndi yaxınlığındakı eyniadlı mədəndə filiz hasilatına 2022-ci ildə başlanılacaq. Hasil ediləcək filizlərin Daşkəsən rayonunda yerləşən Çovdar İnteqəolunmuş Regional Filiz Emalı Sahəsində (ÇİRES) hazırda inşa edilməkdə olan filiz emalı zavodunda maksimum səmərəliliyi təmin edən çən aşındırma (CİL) metodu ilə emal edilməsi hədəflənir”, - deyə QSC-nin məlumatında bildirilir.
Məlumata görə, 2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində istismara veriləcək zavodda “Tülallar”la yanaşı, onun cinah sahələri, “Çovdar” yatağının sulfid mərhələsi üzrə hasil ediləcək filizlər, “Mərəh”, “Ağyoxuş 2”, eləcə də ötən il “Azergold”un geoloqları tərəfindən aparılan kəşfiyyət işləri nəticəsində aşkarlanan “Nərimanlı” potensial qızıl yatağından çıxarılacaq filiz süxurlarının emal edilməsi planlaşdırılır.
Hazırda Tülallar geoloji kəşfiyyat sahəsi və ətraf ərazilərdə yerləşən xüsusi, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin Cəmiyyət tərəfindən istifadəyə götürülməsi üzrə “AzerGold” QSC-nin, Göygöl Rayon İcra Hakimiyyətinin, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 3 saylı Gəncə Ərazi İdarəsinin və Zurnabad bələdiyyəsinin təmsilçilərinin iştirakı ilə yaradılmış İşçi Qrupu tərfindən zəruri addımlar atılır.
İlkin plana əsasən, geoloji kəşfiyyat sahəsinin əhatə dairəsinə düşən və ətrafında yerləşən fərdi yaşayış evlərinin və yarımtikililərin yerləşdiyi ərazilərdən istifadə hüququnun əldə edilməsi, növbəti mərhələdə isə torpaqların mövcud kateqoriyalarının dəyişdirilərək sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinat kateqoriyasına keçirilməsi nəzərdə tutulur.
“Tülallar” yatağı 2002-ci ildə kəşf edilib.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət