Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının əməkdaşları tərəfindən Azərbaycana 8380 qutu siqaretin qaçaqmalçılıq yolu ilə keçirilməsinin qarşısı alınıb. Bu barədə DSX-dən məlumat verilir.
“Aprelin 13-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları Yardımlı rayonunun Avaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti sahəsində işarəverici qurğudan dövlət sərhədinin pozulması haqqında daxil olmuş siqnal əsasında sərhəd zastavası “Silaha” komandası üzrə qaldırılmış, əraziyə hərəkət edən sərhəd naryadı 4 nəfər naməlum şəxs tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədinin pozulmasını müşahidə etmişdir”, - məlumatda deyilir.
Məlumata görə, sərhəd naryadının “Dayan” əmrinə baxmayaraq, sərhəd pozucuları əllərindəki qaçaqmalı yerə ataraq ərazinin relyefindən istifadə edib geriyə qaçıblar.
“Həyata keçirilmiş axtarış tədbirləri nəticəsində ərazidə aşkarlanmış 7 ədəd bağlamaya baxış keçirilərkən8380 qutu(4330 qutu “Marlboro” və 4050 qutu “KENT”markalı)siqaretləri aşkar olunaraq götürülüb”, - məlumatda qeyd olunur.
DSX-dən vurğulanır ki, faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət