2022-ci ilin birinci rübündə Hesablama Palatasının saxlanması xərcləri 1 milyon 703,667 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
2022-ci il üçün Hesablama Palatasının saxlanması məqsədilə xərclər smetası 10 milyon 102,744 min manat səviyyəsində təsdiqlənib. Beləliklə, hesabat dövründə vəsaitlərin 16,9%-i istifadə olunub.
Yanvar-mart aylarında vəsaitlərin əsas həcmi Hesablama Palatasının ştatda olan işçilərinin əmək haqlarının ödənilməsinə yönəldilib. Bu məbləğ 1,166 milyon manat və ya birinci rüb ərzində Palatanın bütün xərclərinin 68,4%-ni təşkil edib.
Bundan başqa, hesabat dövründə Dövlət Sosial Müdafiə Fonduna ayırmalar 285,879 min manat, əmək haqqının ödənilməsi ilə bağlı xərclər 120,743 min manat, ölkədaxili ezamiyyə xərcləri 9,516 min manat təşkil edib.
Qalan xərclər digər məqsədlərə yönəldilib.**
B.Rüstəmbəyov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət