Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə regional direktoru Hans Henri Klugeni qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
“Görüşdə İ.Əliyev bildirib ki, Azərbaycan keçən ilin əvvəlində vaksinasiyaya başlayan ilk ölkələrdən biri olub, indiyədək ölkəmizdə 13 milyondan artıq vaksin istifadə edilib. Ölkəmizdə pandemiya ilə bağlı məhdudiyyətlərin tədricən aradan qaldırıldığını deyən prezident bildirib ki, çox az sayda məhdudiyyətlər qalıb”, - deyə məlumatda qeyd olunur.
Hans Henri Kluge Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan ilə əməkdaşlığı bundan sonra da davam etdirmək niyyətində olduğunu deyib. Təşkilatın Azərbaycanda hazırda səhiyyə sistemində aparılan islahatlara yaxından töhfə verməyə hazır olduğunu deyən qonaq bildirib ki, ölkəmizdə rəqəmsal və elektron səhiyyə sistemlərinin qurulması istiqamətində görülən tədbirlər də çox müsbətdir.
Hans Henri Kluge qeyd edib ki, Azərbaycanın işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur bölgələrində həyata keçirəcəyi səhiyyə sisteminin qurulması prosesində, xüsusilə rəqəmsal səhiyyə sisteminin yaradılmasında Ümumdünya Səhiyyə Təşkilatı töhfəsini verməyə və Azərbaycan ilə yaxından əməkdaşlığa hazırdır. O vurğulayıb ki, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində səhiyyə xidmətlərini təqdim edən regional mərkəzlərdən birinə çevrilə bilər.*
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət