2022-ci ilin yanvar-aprel aylarında Bakı Fond Birjasında (BFB) bütün alətlər üzrə birja əqdlərinin ümumi dövriyyəsi 6 milyard 470 milyon 138,46 min manat təşkil edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 12,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə BFB-dən məlumat verilib.
3 milyard 530 milyon 368,988 min manat (azalma 8,4%) dövlət qiymətli kağızları ilə əqdlərin payına düşüb. Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazların həcmi 616 milyon 246,568 min manat (azalma 39,5%) olub. İlkin bazarda 413 milyon 122,563 min manatlıq, təkrar bazarda 203 milyon 124,005 min manatlıq istiqraz yerləşdirilib.
Hesabat dövründə AMB-nin qısamüddətli notlarının yerləşdirilmə həcmi 2 milyard 914 milyon 122,421 min manat (artım 2,8%) təşkil edib. İlkin bazarda 2 milyard 902 milyon 983,64 min manatlıq, təkrar bazarda 11 milyon 138,781 min manatlıq not yerləşdirilib.
Yanvar-aprel aylarında BFB-nin ümumi dövriyyəsində 398 milyon 432,997 min manat (artım 2,9 dəfə) korporativ bazarın, o cümlədən 243 milyon 99,897 min manat ilkin bazarın (artım 4 dəfə), 155 milyon 333,1 min manat təkrar bazarın (artım 2 dəfə) payına düşüb.
İpoteka və Kredit Zəmanət Fondunun istiqrazlarının yerləşdirilmə həcmi 194 milyon 328,726 min manat, sair korporativ istiqrazların yerləşdirilmə həcmi 193 milyon 559,255 min manat, səhmlərin yerləşdirilmə həcmi 10 milyon 545,017 min manat təşkil edib.
Hesabat aylarında BFB-nin ümumi dövriyyəsində 2 milyard 541 milyon 336,475 min manat (artım 1,4 dəfə) repo əməliyyatlarının payına düşüb.
BFB-nin məlumatına görə, martın sonuna birjanın kapitallaşması 4 milyard 89 milyon 314,695 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəlinə olan göstəricidən 6,4% azdır.
2021-ci ildə Bakı Fond Birjasının dövriyyəsi 18,6% - 15,3 milyard manata qədər artıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NEQSOL Holding “Parla” təqaüd proqramı üzrə növbəti təlim keçirib
“Norm” ASC ASİA-nın “Xalis Sıfır Sürətləndirici” təşəbbüsünə qoşulub
TuranBank İçərişəhərdə yeni şöbəsini müştərilərin istifadəsinə verdi
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət