Azərbaycan XİN başçısı Ceyhun Bayramov bəyan edib ki, tezliklə Bolqarıstan Yunanıstan-Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə Azərbaycandan qaz almağa başlayacaq.
“İki ölkə arasında razılaşdırıldığı kimi, Azərbaycan 25 il ərzində Bolqarıstana qaz nəql edəcək. Bu gün Bolqarıstan Avropada Azərbaycan qazı idxal edən üç alıcıdan biridir. Biz əminik ki, yaxın zamanda Yunanıstan ilə interkonnektorun tikintisi başa çatacaq və Bolqarıstan onun vasitəsilə Azərbaycandan qaz alacaq. Bu ölkənizin enerji təhlükəsizliyinə böyük töhfə verəcək”, - Bayramov bu gün Sofiyada bolqarıstanlı həmkarı Teodora Gençovskaya ilə danışıqların yekunlarına dair bildirib.
“İnterfaks-Azərbaycan”ın məlumatına görə, daha əvvəl Bolqarıstanın baş naziri Kirill Petkov bəyan edib ki, Bolqarıstan cari ilin sentyabr ayında Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) ilə Azərbaycan qazı əldə etməyi ümid edir.
2022-ci ilin mart ayının sonunda IGB-nin operatoru məlumat verib ki, Yunanıstan-Bolqarıstan interkonnektoru (Interconnector Greece – Bulgaria, IGB) Azərbaycandan Bolqarıstana təbii qazın nəql ediləcəyi Trans-Adriatik Qaz Boru Kəmərinə (TAP) qoşulub. İnterkonnektorun 2022-ci ilin iyulunda işə salınması planlaşdırılır və bu, Bolqarıstana birbaşa Azərbaycan qazını əldə etməyə imkan verəcək. IGB işə salındıqdan sonra bu qoşulma Bolqarıstanı əvvəlcə ildə 1 milyard kubmetr qazla təmin edəcək, sonrakı mərhələdə isə bu həcm ildə 3 milyard kubmetrə qədər artacaq.
Azərbaycan qazının TAP kəməri ilə İtaliya, Yunanıstan və Bolqarıstana ixracına 2020-ci il dekabrın 31-də başlanılıb. Lakin interkonnektorun olmaması ilə əlaqədar Azərbaycan qazının Bolqarıstana nəql həcmi nəzərdə tutulduğundan 4 dəfə az olub.
Hazırda Azərbaycan qazı Bolqarıstana Yunanıstanın sərhəd nöqtəsində (Kula-Sidirokastro) illik ötürmə gücü 3,68 milyard kubmetr olan mövcud xətlə nəql edilir. Bu, Azərbaycan qazının Bolqarıstana idxal imkanlarını kəskin azaldır və illik yalnız 250-300 milyon kubmetr qaz nəql etməyə imkan verir. **
E.Şəfiyev
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət