Azərbaycan hökuməti Ağdam rayonunda (Qarabağ iqtisadi rayonu – İF) kafel və metlax istehsalı müəssisəsinin tikintisi layihəsini 85 milyon manat məbləğində qiymətləndirir.
“Dövlət qurumları tərəfindən Ağdam Sənaye Parkı ərazisində yerli xammaldan istifadə olunmaqla kafel və metlax istehsalının təşkili üzrə layihə hazırlanıb. Müəssisənin illik gücü 15 milyon kubmetr hazır məhsul təşkil edəcək. Layihənin dəyəri 85 milyon manat (cari məzənnə ilə $50 milyon - İF) məbləğində qiymətləndirilir. Layihənin həyata keçirilməsi üçün investorun cəlb edilməsi planlaşdırılır. İnvestora güzəştli kredit, gömrük və vergi güzəştləri şəklində dövlət dəstəyi göstəriləcək”, - deyə hökumətdəki mənbə “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Mənbənin məlumatına görə, 1 kv.m. kafel istehsalı üçün elektrik enerjisi sərfiyyatı 3 kVt/saat, su sərfiyyatı 0,04 kubmetr, qaz sərfiyyatı 2,55 kubmetr təşkil edəcək.
“Xammal kimi yerli (kaolin gil, əhəngdaşı, kvars qumu və qırmızı gil) və idxal olunan xammaldan (çöl şpatı və digər materiallar) istifadə edilə bilər. Regionda yenidənqurma və bərpa işləri ilə əlaqədar hazır məhsula tələbatın artacağı gözlənilir”, - deyə hökumətdən qeyd ediblər.
Hazırda dövlət balansında 7 kaolin gil yatağı var. Yataqlardakı ehtiyatların ümumi həcmi 72,8 milyon ton təşkil edir.
Prezident İlham Əliyev 2021-ci il mayın 28-də “Ağdam Sənaye Parkının yaradılması haqqında” Fərman imzalayıb. Sənaye Parkının ərazisi 190 hektardır. Parkın 9 rezidenti tərəfindən layihələrə investisiya qoyuluşu 55 milyon manatı ötür.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
AccessBank İsveçrənin responsAbility Investment AG şirkətindən $5 mln kredit cəlb edib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət