2022-ci ilin yanvar-may aylarında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 11 milyon 383 min 684,99 ton neft ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $8 milyard 58 milyon 720,31 min dəyərində (artım 1,6 dəfə) neft ixrac edilib.
2022-ci ilin yanvar-may aylarında ixracın ümumi strukturunda neftin payı 52,27% (2021-ci ilin müvafiq dövründə 66,34% - İF) təşkil edib.
Hesabat dövründə 22 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 2022-ci ilin yanvar-may aylarında neft ixracının 46,1%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, Hindistan və İsrail də daxil olub.
Böyük Britaniya, Portuqaliya, Türkiyə, Hindistan, Vyetnam Azərbaycan neftinin daimi alıcılar olaraq qalır. Mayda Avstraliya da alıcılar sırasına daxil olub. 2021-ci ildə Azərbaycan neftinin fəal alıcıları olmuş Çin, Fransa, Kanada, İndoneziya və bir sıra digər ölkələr isə alıcılar sırasında yer almır. Yanvar-may aylarında Rusiya və Gürcüstana da az həcmdə neft ixrac edilib.
2022-ci ilin yanvar-may ayları ərzində əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
|
**
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət