Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması Bak-İrəvan münasibətlərinin normallaşması məsələsində ən mühüm bəndlərdən biridir. Bunu xarici işlər naziri Ceyhun Bayramov deyib.
“Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasının bütün potensial istiqamətləri arasında, biz hesab edirik ki, ən çox kommunikasiyaların açılması baxımından irəliləmişik. Bu proses münasibətlərin normallaşması nöqteyi-nəzərindən ciddi drayver ola bilər. Müəyyən irəliləmə var, biz vəziyyətə çox ehtiyatlı nikbinliklə baxırıq”, - deyə C.Bayramov bu gün RF XİN başçısı Sergey Lavrovla birgə keçirdiyi brifinqdə bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, C.Bayramov əlavə edib: “Əgər bir il əvvəllə müqayisədə bu gün malik olduğumuzu müqayisə etsək, yəqin ki, indi müsbət məqamlar daha çoxdur. Bu sürətin qənaətbəxş olub-olmadığını demək çətindir. Əsas odur ki, hərəkət çox ləng olsa belə, irəliyə doğru və ardıcıl olsun. Müşahidə edəcəyik”.
"Azərbaycan 2022-ci ilin fevralında danışıqlar prosesi üçün baza prinsiplərini İrəvana təqdim etdikdən sonra bu təklif Ermənistanın siyasi rəhbərliyi tərəfindən rədd edilmədi və bütün dünyada müsbət qarşılandı. Bundan sonra böyük diplomatik aktivlik başladı və Azərbaycan tərəfinin mövqeyi bunun üçün stimul oldu”, - deyə o vurğulayıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-da qanvermə aksiyası keçirildi
BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət