Milli Məclisin bu gün keçirilən plenar iclasında “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” Qanuna dəyişikliklər layihəsi III oxunuşda qəbul edilib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbiri xəbər verir ki, sənədə əsasən, DSMF-nin cari il üçün gəlir və xərcləri 5,6% - 5 milyard 606 milyon 269,569 min manata qədər artırılıb.
2022-ci ildə fondun gəlirlərinin strukturunda fonda məcburi dövlət sosial sığorta üzrə ayırmalar 5,1% - 4 milyard 361 milyon 702,4 min manata qədər və ya bütün gəlirlərin 77,8%-i səviyyəsində artırılıb. Büdcə təşkilatlarında çalışan işçilərin icbari sığortası üzrə daxilolmalar 0,8% - 203 milyon 463,6 min manata qədər azaldılıb, qeyri-büdcə sektoru və sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üzrə gəlirlər 9,3% - 2 milyard 666 milyon 172,7 min manata qədər artırılıb.
Qalan daxilolmalar sair gəlirlər üzrə proqnozlaşdırılır.
Xərclərin strukturunda əhaliyə ödənişlər 5,8% - 5 milyard 431 milyon 199,497 min manata qədər artırılıb.
Əhaliyə ödənişlərin strukturunda əmək pensiyaçılarına müəyyən edilmiş rüblük maddi yardım xərclərinə 220 milyon manat, pensiya təyin edilmiş qulluq stajına görə əlavələr alan əmək pensiyaçılarına müəyyən edilmiş aylıq maddi yardım xərclərinə 86 milyon manat yönəldiləcək.
Qalan xərclər digər məqsədlərə yönəldiləcək, bir sıra istiqamətlər üzrə xərclər azaldılacaq.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət