Corc Qançev “Fairmont Baku, Flame Towers” hotelinin baş meneceri təyin olunub. Bu barədə “Accor” beynəlxalq hotellər qrupunun mətbuat xidməti məlumat yayıb.
“Baş menecer kimi Corc “Fairmont Baku, Flame Towers” 5 ulduzlu lüks hotelin ən yüksək brend standartlarına uyğun fəaliyyətinə nəzarət edəcək. Onun vəzifələrinə hotel komandasını idarə etmək, qonaqların məmnunluğuna diqqət yetirmək və işçilər üçün “Heartist” proqramını inkişaf etdirmək daxildir”, - deyə “İnterfaks-Azərbaycan” agentliyi qrupun məlumatına istinadən xəbər verir.
““Fairmont Baku, Flame Towers” komandasına qoşulmaq və bu heyrətamiz layihənin bir hissəsi olmaq mənim üçün böyük şərəfdir. Əminəm ki, biz birlikdə qonaqlarımıza Bakıya səfər etmək kimi unudulmaz təcrübə, parlaq təəssürat və qüsursuz xidmət bəxş edə biləcəyik”, - deyə təyinatını şərh edən C.Qançev bildirib.
O, “Kempinski” ilə Yaxın Şərq, Tanzaniya və Şimali Avropada karyera qurub, 2017-ci ildən isə “Blazon Hotels” nəzdində “Ajman Hotel”in baş meneceri vəzifəsində çalışıb.*
X.Nəsirzadə
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
AccessBank dollar əmanətləri üzrə faiz dərəcələrini artırdı
AccessBank regionlarda iştirakını möhkəmləndirir: Yeni filial artıq Qubada
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət