2022-ci ilin I yarısında Azərbaycan gömrük bəyannamələrinə əsasən (nomenklatura kodu 2709) 12 milyon 915 min 622,66 ton neft ixrac edib ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 4,7% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan $9 milyard 361 milyon 250,13 min dəyərində (artım 1,6 dəfə) neft ixrac edilib.
2022-ci ilin yanvar-iyun aylarında ixracın ümumi strukturunda neftin payı 50,66% (2021-ci ilin müvafiq dövründə 66,58%) təşkil edib.
Hesabat dövründə 24 ölkə Azərbaycan neftinin alıcısı olub. DGK-nın məlumatına görə, onların arasında İtaliya Azərbaycan neftinin əsas alıcısı olaraq qalıb. 2022-ci ilin yanvar-iyun aylarında neft ixracının 39,3%-i bu ölkənin payına düşüb.
Alıcıların ilk üçlüyünə İtaliya ilə yanaşı, İsrail və Hindistan da daxil olub.
Böyük Britaniya, Portuqaliya, Türkiyə, Hindistan və Vyetnam daimi alıcılar sırasındadır. İndoneziya və Tayvan iyunda alıcıların sırasına qoşulsa da, 2021-ci ildə Azərbaycan neftinin fəal alıcıları olmuş Çin, Fransa, Kanada və bir sıra digər ölkələr siyahıda yer almır. I yarımillikdə Rusiya və Gürcüstana da az həcmdə neft ixrac edilib.
2022-ci ilin I yarısında əsas alıcı ölkələr üzrə neft ixracının strukturu:
Ölkələr |
Həcm (ton) |
Gəlir, min ABŞ dolları |
İtaliya |
5 081 468,34 |
3 606 011,28 |
İsrail |
1 280 680,08 |
930 353,43 |
Hindistan |
959 145,53 |
770 016,57 |
Böyük Britaniya |
753 066,40 |
594 153,70 |
Portuqaliya |
607 944.06 |
428 162.99 |
İspaniya |
470 851,18 |
340 267,43 |
Tunis |
433 281,71 |
326 185,84 |
Çexiya |
424 859,05 |
307 323,00 |
Ukrayna |
506 349.30 |
304 515.94 |
Almaniya |
351 003.97 |
258 524.91 |
İsveçrə |
264 864,95 |
232 002,72 |
Tailand |
368 473.28 |
231 496.55 |
Xorvatiya |
177 242,85 |
156 172,13 |
İrlandiya |
176 574,63 |
123 084,49 |
Türkiyə |
218 277,77 |
120 136,76 |
Vyetnam |
137 774.98 |
117 729.67 |
Çinin Tayvan əyaləti |
138 543,45 |
115 684,58 |
İndoneziya |
124 597,09 |
105 808,54 |
Rumıniya |
170 203.55 |
103 202.37 |
Avstriya |
109 334,96 |
70 873,87 |
Avstraliya |
75 725.01 |
61 669.02 |
Belarus |
84 893.31 |
57 590.07 |
Rusiya |
465.51 |
282.82 |
Gürcüstan |
1.70 |
1.44 |
N.Abbasova*
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
NeoKart sahibləri keşbek faizini özləri təyin edə biləcək!
Yelo Bank-ın dəstəyi ilə "Lider, yoxsa rəhbər" mövsuzunda top forum keçirilib
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət