Azərbaycanın kişi və qadın şahmatçılardan ibarət yığmaları Hindistanın Çennai şəhərində təşkil olunan 44-cü Ümumdünya Şahmat Olimpiadasına qələbə ilə start veriblər.
Kişilərdən ibarət yığma Əlcəzair (4-0), Filippin (3-1) və Argentina (3-1) komandaları, qadınlardan ibarət yığma BƏƏ (4-0), Finlandiya (4-0) və Yunanıstan (2,5-1,5) komandaları üzərində qələbə qazanıb.
Üç turun yekunları üzrə kişi şahmatçılarımız turnir cədvəlində Rumıniya və Serbiya kollektivləri ilə 11-ci yeri bölüşür, Hindistan-2 100%-lik nəticə (6 və 12) ilə liderdir.
Qadın şahmatçılarımız turnir cədvəlində Hindistan, Polşa və Niderlandla 5-ci yeri bölüşür (6 və 10,5), birinci yerdə Bolqarıstandır (6 və 11,5).
Bu gün keçiriləcək dördüncü turda kişilərdən ibarət yığmamız Türkiyə komandası, qadınlardan ibarət yığmamız İsrail kollektivi ilə qarşılaşacaq.
Kişi şahmatçılardan ibarət milli komandanın heyətinə Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abasov cəlb olunub. Komandanın kapitanı Eltac Səfərlidir.
Qadın şahmatçılardan ibarət yığmada isə Günay Məmmədzadə, Gülnar Məmmədova, Gövhər Beydullayeva, Xanım Balacayeva və Ülviyyə Fətəliyeva çıxış edir. Komandanın kapitanı Nicat Məmmədovdur.
Ümumdünya Şahmat Olimpiadasında həm kişilər, həm də qadınlar arasında mübarizə İsveçrə sistemi üzrə 11 turdan ibarətdir. Yarış iyulun 29-dan avqustun 9-dək davam edəcək.*
R.Kərimov
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Bakcell Fəvvarələr Meydanında yeni innovativ mağazasını təqdim etdi!
Yelo Bank “Summer Challenge 2024” təcrübə proqramını elan edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət