Azərbaycan və Özbəkistan birgə investisiya fondunun fəaliyyətinin təşkili üzrə Yol Xəritəsinin qısa müddət ərzində işlənib hazırlanması və təsdiq edilməsi, həmçinin müvafiq hökumətlərarası sazişin hazırlanmasına başlanılması ilə bağlı razılığa gəlib.
“İnterfaks-Azərbaycan” agentliyinin məlumatına görə, bu razılaşma bu gün Daşkənddə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və Özbəkistan baş nazirinin müavini, investisiya və xarici ticarət naziri Cəmşid Xocayevin görüşündə əldə edilib.
“Görüşdə investisiya, iqtisadi-ticarət, nəqliyyat və logistika sahələrində ikitərəfli əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub”, - deyə Özbəkistanın İnvestisiya və Xarici Ticarət Nazirliyi qeyd edir.
Son beş il ərzində Özbəkistanda yaradılmış Azərbaycan kapitallı birgə müəssisələrin sayı 4 dəfə artaraq 243-ə çatıb. Öz növbəsində, Azərbaycanda Özbəkistan kapitalının iştirakı ilə 70 müəssisə fəaliyyət göstərir.
Tərəflər neft-qaz, kimya sənayesi, tekstil və kənd təsərrüfatı sahələrində dəyəri $500 milyondan artıq olan 87 birgə layihə və ticarət müqaviləsinin vaxtında və keyfiyyətlə həyata keçirilməsi istiqamətində səyləri artırmaqla bağlı razılığa gəliblər.
Bundan başqa, dialoq zamanı tərəflər birgə investisiya fondunun yaradılması təşəbbüsünün reallaşdırılmasını davam etdirmək niyyətlərini təsdiq ediblər və bununla əlaqədar qısa müddət ərzində fondun fəaliyyətinin təşkili üzrə Yol Xəritəsinin hazırlanması və təsdiqlənməsi, həmçinin müvafiq hökumətlərarası sazişin hazırlanmasına başlanılması barədə razılıq əldə ediblər.
“Nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi perspektivlərinin müzakirəsi zamanı tərəflər Özbəkistan və Azərbaycan arasında beynəlxalq avtomobil əlaqəsi haqqında hökumətlərarası saziş çərçivəsində qarşılıqlı fəaliyyətin intensivləşdirilməsi, habelə Özbəkistan üçün mal vaqonlarının ASCO bərələrində Xəzər dənizi ilə daşınmasının sürətləndirilməsi barədə razılığa gəliblər”, - deyə məlumatda vurğulanır.
Eyni zamanda, tərəflər regionlararası əməkdaşlığın genişləndirilməsi perspektivlərini, o cümlədən 2022-ci ilin noyabr ayında Daşkənddə milli mal sərgisinin təşkilini, eləcə də investisiya layihələri paketi və iki ölkənin regionları arasında əməkdaşlığın inkişafına dair konkret təkliflər qabaqcadan hazırlanmaqla Özbəkistan və Azərbaycan regionlarının birinci forumunun keçirilməsini müzakirə ediblər.*
N.Abbasova
Ali Məclisin təkmilləşdirilmiş yeni rəsmi internet saytı istifadəyə verilib
Neftçala rayonunda abadlıq işlərinə 1,6 milyon manatdan artıq vəsait yönəldiləcək
Gədəbəy Rayon İH yolların əsaslı təmirinə 1 milyon manata yaxən vəsait yönəldəcək
İstanbul və Ankaranın hazırkı müxalifətçi merləri seçkilərdə öz şəhərlərində liderdir
İsrail hökuməti HƏMAS ilə danışıqlarda Qətərin vasitəçiliyindən məyus olub
Roma Papası Rusiya və Ukraynanı bütün hərbi əsirlərin mübadiləsinə çağırır
Yelo Bank 2024 ildə mənfəəti minimun 20% artırmaq planlaşdırır
İlkin Quliyev: “AccessBank” 2025-ci ilədək depozit portfelini 1,1 milyard manata çatdıracaq
Ağacanov: “Əliyev güclü liderdir, ona təzyiq göstərmək çətindir”
Yelo Bank-ın dəstəyi ilə növbəti SHE Congress tədbiri keçiriləcək
Yelo Bank biznes sahibləri üçün Mobil POS xidmətini təqdim edir
İyunda Bakıda “Caspian Oil&Gas” Neft-Qaz Sərgisi keçiriləcək
Oktyabrda Azərbaycanda “ICCA Venue Business Workshop International 2024” keçiriləcək
Unikal 2023-cü il: Qarabağ düyünü açıldı
Azərbaycanın neft-qaz sərvətləri dünyanın ən ekoloji cəhətdən təmiz və ucuz ehtiyatlarından biridir
İşğaldan azad olunmuş torpaqlarda işləmək şərəf, namus məsələsidir – usta ilə söhbət